“Birləşmiş Ştatlar Monqolustanın çətin vəziyyətdə olduğunu və əslində böyük qonşuları arasında “sıxılıb qalmış sandviç” olduğunu başa düşür, lakin ölkə öz üzərinə müəyyən beynəlxalq öhdəliklər götürüb”.
Azpost.info xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya prezidenti Vladimir Putinin Monoqolustana səfərini şərh edərkən deyib.
“Biz Monqolustanın necə çətin vəziyyətdə olduğunu çox yaxşı başa düşürük. Monqolustanı dəstəkləməyə davam edəcəyik, lakin onların beynəlxalq öhdəliklərini yerinə yetirməsinin vacib olduğuna inanırıq. Biz Monqolustanın öz öhdəliklərinə əməl edəcəyini və BMT Nizamnaməsinin prinsiplərini dəstəkləyəcəyini gözləyirik”, – Miller bildirib.
Millerin sözlərinə görə, ABŞ Monqolustan hakimiyyətinin qanunun aliliyinə riayət etməsini vacib hesab edir. O əlavə edib ki, Ulan-Bator Rusiyaya Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini çatdırmalıdır.
Azpost.info