Ukraynada hərbi əməliyyatların başlanmasından və buna görə Moskvaya qarşı ilk sanksiyaların tətbiqindən bəri 5 rusiyalı milyarder Rusiyadakı aktivlərindən 10 milyard dollardan çox dividend əldə edib.
Azpost.info info xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
“Rusiyanın Ukraynada xüsusi əməliyyatı başlayandan bəri onlar öz şirkətlərindən 10 milyard dollar dividend əldə edə biliblər – 2022-ci ildə 6,2 milyard dollar, 2023-cü ilin əvvəlindən isə 4,1 milyard dollar”, – agentlik bildirir.
Məlumata görə, bu milyarderlərVladimir Potanin, Leonid Mixelson, Andrey Quryev, Gennadi Timçenko və Vahid Ələkbərovdur.
Azpost.info