2022-ci ildə Rusiyanın ikitərəfli dövlət kreditləri üzrə gəlirləri planlaşdırıldığından dörd dəfə az olub.
Azpost.info xəbər verir ki, nəticədə gözlənilən 48,7 milyard rubl əvəzinə 11 milyard əldə etmək mümkün olub.
Bu barədə Rusiya Maliyyə Nazirliyinin 2022-ci il üçün strateji planlaşdırma sənədlərindən məlum olur. Bu vəziyyətin əsas səbəbi isə ölkəyə qarşı tətbiq edilən sanksiyalar olub.
Sənəddə deyilir ki, ötən il Rusiyanın digər dövlətlərin hökumətlərinə və onların hüquqi şəxslərinə verdiyi dövlət kreditləri üzrə faizlər planlaşdırılan səviyyənin dörddə birindən az olub: 48,68 milyard rubl əvəzinə, cəmi 11,13 milyard rubl yığılıb.
O da qeyd olunur ki, bu il martın 21-nə Moskva borclar üzrə 0,3 milyard rubl faiz gəliri əldə edib.
Maliyyə Nazirliyi büdcə kəsirinin maliyyələşdirilməsi mənbələri ilə bağlı məlumatların dərcini dayandırdığı üçün əsas borcun nə qədərinin qaytarıldığı məlum deyil.
Azpost.info