Sanksiyalardan sonra ruslar neçə ölkəyə sərbəst səyahət edə bilir?- AÇIQLANDI (SİYAHI)

“Rusiya təcrid olunmuş vəziyyətdə deyil, çünki ölkə vətəndaşları hələ də 100-dən çox ölkəyə heç bir məhdudiyyət olmadan səyahət edə bilərlər”.

Azpost.info xəbər verir ki, bunu Rusiya Federasiya Şurasının informasiya siyasəti və media ilə əlaqələr komissiyasının sədri Aleksey Puşkov bildirib.

Onun sözlərinə görə, Rusiyanın təcrid olunmasından danışanlar sadəcə olaraq dünya xəritəsini görməyiblər.

“2022-ci ildə Rusiya vətəndaşları 100-dən çox ölkəyə heç bir məhdudiyyət olmadan səyahət edə biliblər. Ölkəmizin təcrid olunmasından dünya xəritəsinə heç vaxt baxmayan insanlar danışa bilər. Üstəlik, daha bir neçə mühüm dövlətlə vizasız rejim haqqında razılaşma yoldadır”, – Puşkov qeyd edib.

Qeyd edək ki, hazırda Rusiya pasportu 100-dən çox ölkəyə vizasız getməyə imkan verir. Bu siyahıda Azərbaycan, Antiqua və Barbuda, Argentina, Ermənistan, Baham adaları, Barbados, Belarus, Boliviya, Bosniya və Herseqovina, Botsvana, Braziliya, Bruney, Vanuatu, Venesuela, Vyetnam, Haiti, Qvatemala, Qayana, Honduras, Honq-Konq, Qrenada, Gürcüstan, Dominika, Dominikan Respublikası, İsrail, İndoneziya, Cape Verde, Qazaxıstan, Qırğızıstan, Kolumbiya, Kosta Rika, Kuba, Laos, Mavrikiy, Makao, Malayziya, Maldiv adaları,Mərakeş, Mikroneziya, Moldova, Monqolustan, Nikaraqua, Niue, Kuk adaları, Palau adaları, Turks və Kaykos adaları, Panama, Paraqvay, Peru, El Salvador, Samoa, Sent Vinsent və Qrenadinlər, Sent Kitts və Nevis, Sent-Lusiya, Serbiya, Surinam, Trinidad və Tobaqo, Uruqvay, Fici, Monteneqro, Çili, Ekvador, Yamayka da var.

Azpost.info

 

Əvvəlki məqalə

Yanvar ayının pensiyaları bu tarixdə veriləcək

Sonrakı məqalə

“Test imtahanında uğur qazananlar sertifikatlarını ala bilərlər”