Sankt-Peterburqda Ali Avrasiya İqtisadi Şurasının iclası keçiriləcək

Rusiya prezidenti Vladimir Putin Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak edəcək.

Azpost.info xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

İclas dekabrın 25-də Sankt-Peterburqda baş tutacaq. İclasda bir sıra mühüm qərarların və sənədlərin qəbulu planlaşdırılır.

“Bir sıra mühüm qərarların və sənədlərin, o cümlədən Avrasiya İqtisadi İttifaqının 2030-cu ilə qədər və 2045-ci ilə qədər olan dövr üçün gələcək inkişafı haqqında Bəyannamənin qəbulu planlaşdırılır”, – məlumatda deyilir.

Azpost.info

Əvvəlki məqalə

Səsi ilə Rəşid Behbudovu heyran edən balaca Ərəstun –

Sonrakı məqalə

Astarada İran və Azərbaycan arasında yeni tranzit keçidinin açılışı olacaq