Sankt-Peterburqda hərbi-dəniz paradı keçiriləcək.
Azpost.info xəbər verir ki, Rusiya prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.
“Vətənin müdafiəsinə mühüm töhfə vermiş Hərbi Dəniz Qüvvələrinin şanlı qələbələrinin xatirəsinə 2022-ci il iyulun 31-də Hərbi Dəniz Qüvvələri Günündə Sankt-Peterburq şəhərində Əsas Hərbi-dəniz paradının keçirilməsini qərara alıram”, – sənəddə deyilir.
Paradın hazırlanmasına və keçirilməsinə Rusiya Müdafiə Nazirliyi və hökumət tərəfindən təyin olunan digər federal orqanlar məsuldurlar.
Azpost.info
