Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılışı olub

User 24 May 2023 - 12:37 (Last updated: 21 May 2025 - 20:15)
646dca876e0f2646dca876e0f316849168703f1e2555bee93e120a288f7749f3b783

Bakı və Sumqayıt şəhərlərində, Abşeron və Xızı rayonlarında yaşayan əhaliyə vərəm əleyhinə göstərilən yardımın yaxşılaşdırılması məqsədilə dərmanlara həssas vərəmli xəstələrə stasionar yardım üçün 200 çarpayı fondu olan Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın açılış mərasimi keçirilib.

Xəstəxana fəaliyyəti dayandırılmış Saray Modul tipli Xəstəxana kompleksinin bazasında formalaşdırılıb.

Xəstəxana vərəmə effektiv nəzarət üçün əlverişli şərtlər və sistemlər yaratmaq, vərəmin bütün formalarının erkən və keyfiyyətli diaqnostikasının hər kəs üçün əlçatan olmasını təmin etmək məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sistemli şəkildə apardığı işlərin tərkib hissəsi olaraq fəaliyyətə başlayıb.

Açılış mərasimində TƏBİB-in Müşahidə Şurasının sədri, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, TƏBİB-in İcraçı direktorunun müavini Anar İsrafilov, departament rəhbərləri, Qlobal Fondun HIV/AIDS, Vərəm və Malyariya ilə mübarizə üzrə proqramın Layihə Əlaqələndirmə Bürosunun direktoru Yaşar Orucov, Abşeron Rayon Mərkəzi Xəstəxanasının və Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxananın direktorları, əməkdaşları və b. iştirak ediblər.

Abşeron Rayon Mərkəzi Xəstəxanasının direktoru Azər İsmayılov xəstəxananın fəaliyyəti barədə məlumat verib. Bildirilib ki, Saray Modul tipli Vərəm Əleyhinə Xəstəxana inzibati hissə, infeksion xəstəliklər korpuslarından (Modul) və köməkçi sahələrdən (qazanxana, yeməkxana, camaşırxana, oksigen anbarı) ibarətdir.

Sahəsi 3 min kvadratmetr olan üç infeksion xəstəliklər korpusu 100 palata və 200 çarpayı yerindən ibarətdir. Xəstəxana daxilində basil ifraz edən xəstələrin digər xəstələrlə, tibb heyəti və əməkdaşlarla, o cümlədən ziyarətçilərlə kontaktlarının azaldılması üçün rekonstruktiv dəyişikliklər aparılıb, vərəm şöbələri və xidməti otaqlar arakəsmələrlə ayrılıb. Bu korpuslarda xüsusi havalandırma sistemi çirkli havanı ventilyasiya qurğusu ilə filtrlərdən keçirərək zərərsizləşdirib, təmizlədikdən sonra palatalara ötürür. Hər korpusun özünün ventilyasiya qurğusu var.

Xəstəxananın Poliklinika şöbəsində ixtisaslı həkim müayinə otaqları, qanalma otağı, prosedur otağı, laborator xidmətlər otaqları müayinə və müalicənin monitorinqi məqsədilə xidmət göstərir. Bu şöbə ultrasəs müayinə aparatı, hərəkətli rentgen aparatı, bronxoskop, elektrokardioqrafiya, otorinolorinqoloji avadanlıqlar, molekulyar genetik diaqnostik laborator müayinə üçün avadanlıqlar və digər yardımçı cihaz və alətlərlə təchiz olunub.

Ağciyər vərəmi diaqnozlu xəstələrin müalicəsi 1, 2 və 3-cü vərəm şöbələrində təşkil olunub. Yoluxucu vərəmli xəstələr 50 çarpayılıq 3-cü vərəm şöbəsində, yoluxucu olmayan xəstələr isə xəstəlik hallarına uyğun olaraq hərəsi 60 çarpayılıq olan 2-ci və 3-cü vərəm şöbələrində müalicə alırlar.

Ağciyərdən kənar orqanların vərəminin müalicəsi 25 çarpayılıq ağciyərdən kənar vərəm şöbəsində təşkil olunub. Bu şöbədə həkim-ftiziatrlarla yanaşı, həkim-ümumi cərrah və ağciyərdən kənar vərəm üzrə ixtisaslı həkim-ftiziatrlar da fəaliyyət göstərir.

Həyati göstəriciləri pozulmuş və yaşaması risk altında olan, süni tənəffüs aparatına ehtiyacı olan, xüsusi baxım tələb edən xəstələrə reanimasiya və intensiv terapiya şöbəsində 24 saat ərzində yüksək texnologiya ilə xidmət göstərilir. Şöbədə müasir tibbi avadanlıqlarla təchiz edilən əməliyyat və prosedur otaqları, 10 çarpayıdan ibarət 5 palata var. Yataq yaralarının profilaktikası məqsədilə hər bir yataq havalı döşəklə təmin edilib.

Bütün reanimasion otaq və palatalar süni ventilyasiya cihazı, mərkəzləşdirilmiş oksigen və vakuum sistemləri, defibrillyator, monitor kompleksləri və avadanlıqlarla təchiz olunub. Reanimasiya şöbəsində müalicə alan xəstələrə günün istənilən saatında bütün laboratoriya testlərinin və instrumental müayinələrin aparılması üçün şərait yaradılıb.

Xəstəxana mərkəzləşdirilmiş oksigen generator sistemi ilə təchiz olunub. Otaqlardan birində vərəmli xəstələrin müalicəsində xüsusi rolu olan oksigen kompressoru yerləşir və palatalara oksigen ötürülür.

Müalicə alan xəstələrə həkim-diyetoloqun nəzarəti altında səhər, günorta, axşam yeməkləri veriləcək. Xəstəxana bütün lazımi şərait, təminat-təchizat və kadr potensialı ilə təmin edilib(apa).

Post navigation

Previous: Zelenski ailəsinin Krımdakı əmlakı Rusiyanın mülkiyyətinə keçəcək
Next: “Bizim müharibəmiz müharibə deyildi?” –

Oxşar xəbərlər

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
eli esedov parle
  • Sosial

Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb

User 30 Oktyabr 2026 - 10:49

xƏBƏR

aqil abbas
  • Sosial

“Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə

User 30 Oktyabr 2026 - 13:10
Milli Məclisin deputatı Aqil Abbas Ağdam və digər işğaldan azad edilmiş ərazilərdə yeni tikilən evlərin bölgüsü zamanı...
Read more about “Atamın Ağdamda evi olub, niyə mənə ev düşmür?” – Aqil Abbasla Sahibə Qafarova arasında mübahisə
Sabaha olan hava proqnozu Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 30 Oktyabr 2026 - 12:59
Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib salyan mekteb
  • Kriminal

Salyanda məktəbi yandırmağa cəhd edən şəxslər həbs edilib

User 30 Oktyabr 2026 - 12:54
ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu uno
  • Maraqlı

ABŞ-da təyyarə pilotları 10 metrlik UNO gördülər – Obyekt 1 kilometr yuxarıda uçurdu

User 30 Oktyabr 2026 - 12:40
Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib qht mekteb01
  • QHT

Məktəb-valideyn tərəfdaşlığı ilə bağlı maarifləndirici tədbir keçirilib

User 30 Oktyabr 2026 - 12:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.