Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel Kaxovka SES-ə misli görünməmiş hücumdan sarsıldığını bildirib və dağıntılara görə Rusiyanı günahlandırıb.
Azpost.info xəbər verir ki, o, bu barədə öz “Tviter” səhifəsində paylaşım edib.
Şarl Mişel qeyd edib ki, Avropa İttifaqı su basmış ərazilərə əlavə yardımın ayrılacağını elan edəcək və bu ay Avropa Şurasının iclasında elektrik stansiyasına dəyən ziyanla bağlı məsələ qaldıracaq: “Kaxovskaya SES-ə görünməmiş hücumdan şoka düşdük. Biz bu məsələni Avropa Şurasının iyunda keçiriləcək iclasında qaldıracağıq və su basmış ərazilərə əlavə yardım təklif edəcəyik”.
Azpost.info
