“Saşa, gəl 50 qram vuraq” –Lukaşenko Yeltsin və Nazarbayevlə içməyindən danışdı

Belarus lideri Aleksandr Lukaşenko sabiq Rusiya və Qazaxstan prezidentləri Yeltsin və Nazarbayevin onu necə içməyə məcbur etdikləri barədə xatirəsini danışıb. 

Azpost.info bildirir ki, “Solovyov.ru”nun efirində danışan Lukaşenko deyib ki, o heç vaxt spirtli içki içməyib. Onun sözlərinə görə, orqnizimində etanolu effektiv şəkildə neytrallaşdıran fermentlər yoxdur, ona görə də spirtli içkilər içmir.

Amma buna baxmayaraq Nazarbayev və Yeltsinlə məclislərdə bu qaydanı pozmalı olub. “Yeltsin məndən soruşdu: “Mənə hörmət edirsən, ya yox? Hə, demək hörmət edirsən!”-deyə Lukaşenko bildirib.

Lukaşenkonun sözlərinə görə, prezidentlərin görüşündə özünü içməyən adam kimi göstərmək çətindir. Ona görə, Nazarbayevin təklifindən də imtina edə bilməyib: “Nazarbayev yanımda oturdu və dedi: “Saşa, 50 qram vuraq”. Nə deyəydim-Yox içmirəm?“-deyə Belarus prezidenti vurğulayıb.

Onun sözlərinə görə, qadın kollektivlərində də azca içir, amma başqa bütün hallarda alkoqol onun üçün qadağandır.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan məzənnəsi

Sonrakı məqalə

Səlcuq Bayraktar Qarabağ Zəfərindən danışdı, Rəsulzadənin şüarını dedi