Səlcuq Bayraktar Qarabağ Zəfərindən danışdı, Rəsulzadənin şüarını dedi

“TEKNOFEST” əslində dönüşüm rüzgarı, cəmiyyətin yüksək texnologiyalar yaradan bir ölkəyə çevrilmək üçün səfərbərliyidir”.

Azpost.info “APA-Economics”-ə istinadənxəbər verir ki bunu “TEKNOFEST Azərbaycan”la bağlı mətbuat konfransında çıxış edərkən “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar deyib.

O bildirib ki, Türkiyə xaricində bir “TEKNOFEST” həyata keçiriləcəksə, bunu ilk olaraq can qardaşlarımızın torpaqlarında keçirmək istəyirlər: “Bu səbəbdən Türkiyə xaricində ilk “TEKNOFEST”-i Azərbaycanda təşkil edirik. Unutmayaq ki, müstəqilliyimiz üçün milli müdafiə sənayesinə sahib olmağımız əsas şərtdir. Bunun ən yaxşı nümunəsini Türkiyənin terrorla mübarizəsində və Azərbaycanın Zəfərlə nəticələnən Vətən müharibəsində milli “Bayraktar” silahlı pilotsuz uçuş aparatlardan istifadə edilməsində gördük. Qarabağ işğaldan azad oldu. Bu səbəbdən millətimizin heç kimə bağlı olmadan yüksək texnologiyanı yaratması lazımdır”.

“Artıq bitmiş yarışlara deyil, gələcəyin trendi olan texnologiyalara diqqət yönəltməyimiz lazımdır”.

Bunu “TEKNOFEST Azərbaycan”la bağlı mətbuat konfransında çıxış edərkən “TEKNOFEST” Müşahidə Şurasının sədri və Türkiyə Texnologiya Komandası Vəqfinin (T3 Vakfı) rəhbəri Səlcuq Bayraktar deyib.

O bildirib ki, yarışlarda iştirak etməyiniz gələcəyə indidən hazırlaşmaq üçün vacib şərtdir: “Ona görə də hamını bu tədbirə qoşulmağa dəvət edirəm ki, güclü Azərbaycanın formalaşmasında sizin də rolunuz olsun. Azərbaycanda da oxşar layihələrin həyata keçirilməsinə hər cür dəstək verməyə hazırıq. Yüz il əvvəl Qafqaz İslam Ordusunun mübarizəsindən Qarabağ savaşına qədər olan ortaq tariximiz göstərdi ki, bir-birimizdən uzaq qalanda hər zaman itiririk. Buna görə də hər zaman birlikdə böyük hədəflər üçün çiyin-çiyinə çalışmağa davam etməliyik. Birliyimiz ölkələrimizin mürəkəb gələcəyi və tam müstəqilliyik mübarizəsinə də dəstək olacaq. Azərbaycanın müstəqillik hərəkatının öncülərindən Məhəmməd Əmin Rəsulzadənin də dediyi kimi “Bir dəfə yüksələn bayraq, bir daha enməz!”. Bakıdan Şuşaya, can Azərbaycanın hər yerinə salamlarımı göndərirəm”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Saşa, gəl 50 qram vuraq” –

Sonrakı məqalə

“Qapanmalarla bağlı hökumət qərar verə bilər” –