“Dərbənddə dünənki hadisələrə görə saxlanılan Azərbaycan vətəndaşları hələ azad edilməyib. 115 nəfər isə hazırlanmış siyahı üzrə sərhədi keçərək öz ölkəsinə keçib”.
Azpost.info bildirir ki, bu barədə Dərbənd rayon administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Məlumatda vurğulanıb ki, Dağıstanın başçısı dünən Azərbaycandan gələn nümayəndə heyəti ilə görüşüb. “Dünənki hadisəyə gəlincə, orada nə baş verdiyi barədə konkret nəsə deyə bilmərik. Cavab gözləyirik”.
İstintaq komitəsinin məlumatına görə, 400 nəfərə yaxın Azərbaycan vətəndaşı sərhədin açılması tələbi ilə “Qafqaz” federal yolunu bağlamağa cəhd edib. Nəticədə polislə toqquşma baş verib.
Region üzrə istintaq idarəsinin rəhbərrinin köməkçisi Rəsul Temirbekovun RBK-ya verdiyi məlumata görə, hüquq-mühafizə işçiləri polis şöbələrinə 90 Azərbaycan vətəndaşını gətiriblər.
Azpost.info