Saxta əlil sənədi olanlar əyani tibbi baxışlara gəlməkdən çəkinirlər –

Tibbi Ekspertiza Agentliyinin sədri
16 Sentyabr 2021 - 12:08

“Əlilliyinin əsassız olduğunu bilən şəxslər əyani baxışlara gəlməkdən çəkinirlər”.

Bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə heyətinin sədri Anar Bayramov deyib.

O bildirib ki, bu il 193 min nəfərin əlillik müddəti bitib: “Həmin vətəndaşların yalnız 30 faizi müraciət edib. Bunun bir neçə səbəbi var. Bu, bir çoxunun saxta əlilliyinin olmasıyla yanaşı, həm də reabilitasiya olunub aktiv əmək bazarına qayıtması ilə bağlıdır. Digər tərəfdən, müraciətlərin sayının az olmasının səbəbi vətəndaşların məlumatsız olmaları və əlillik müddətinin bitmə vaxtını bilməmələridir. Pensiya, müavinəti kəsiləndən sonra niyə kəsildiyini başa düşürlər. Odur ki, insanlara bir daha müraciət edirik. Əlillik vəziyyətindədirlərsə, əlillik müddətinin bitməsindən 2-3 ay əvvəl tibb müəssisəsinə müraciət etsinlər ki, bizə “Forma 88” daxil olsun”.(APA)