Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

“Seçkidə Baydeni başqa namizədlə əvəz edə bilərlər” –

User 07 İyun 2023 - 10:32 (Last updated: 21 May 2025 - 20:15)
bayden

“Demokratlar Partiyası qarşıdan gələn seçkilərdə hazırkı prezident Co Baydeni başqa namizədlə əvəz edə bilər”.

Azpost.info bildirir ki, bu barədə ABŞ üzrə araşdırmaçı, politoloq Dmitri Drobnitski Lenta.ru-ya müsahibəsində bildirib. O,  mümkün namizədlərin adlarını da açıqlayıb.

Politoloqun sözlərinə görə, demokratların Baydeni necə əvəz edəcəkləri ilə bağlı bir neçə variantı var.

Drobinskinin fikrincə, Baydenin ikinci müddətə namizədliyini irəli sürməsi heç nə demək deyil. Bu qərar ləğv edilə bilər: “O, istənilən vaxt deyə bilər ki, məsələn, mən həkimlə danışdım, o mənə evdə oturmağı məsləhət gördü. Beləcə namizədlik ləğv edilə bilər və gözlənilmədən başqa bir namizəd irəli sürülə bilər”.

O, deyib ki, demokratların yeni namizəd seçmək üçün kifayət qədər vaxtları var. “Ən azı, bu ilin payızına qədər, maksimum 2024-cü ilin fevralına qədər praymerizlər keçiriləcək”.

Drobnitski bildirib ki, demokratların sırasında Barak Obama kimi parlaq senatorlar yoxdur. Ancaq Kaliforniyadan Kevin Neusom, Miçiqandan Qreten Uitmer kimi parlaq qubernatorlar var: “Variantlar var. Məsələ burasındadır ki, onların hamısı ağdərilidir. Bu isə  çox da yaxşı deyil. Amma əslində liberalizmin qələbəsi naminə, bunu görməzdən gəlmək olar.  Məsələn,  Qreten Uimer ilk qadın prezident olacağını bəyan edə bilər. Yaxud Kevin Neusom idarəetmədə fərqli bir model olacağını bəyan edə bilər”.

Bununla belə, o hesab edir ki, demokrat partiyasının elitası kimin namizəd olacağı haqqında qərar verməsi üçün daxili didişmələri  dayandırması lazımdır. “Məhz bu səbəbdən onların Baydendən başqa namizədi yoxdur”-deyə politoloq vurğulayıb.

Azpost.info

Post navigation

Previous: Çin Kaxovkada su bəndinin dağıdılmasından narahatlığını bəyan edib
Next: “Ukrayna müdafiə xəttini yarıb, ciddi itkilər verəcəyik”

Oxşar xəbərlər

kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
dron hava sari
  • Dünya

Hava şarları ilə idarə olunan PUA-lar Moskva aeroportlarına hücum edib

User 23 Oktyabr 2026 - 18:37
peskov
  • Dünya

“Putin, Tramp və Çin Sədrinin görüşü dünyanın taleyini həll etməyəcək” – KREML

User 23 Oktyabr 2026 - 18:05

xƏBƏR

serhed rus esas
  • İqtisadiyyat

Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb

User 23 Oktyabr 2026 - 20:30
Rusiya ilə Azərbaycan arasındakı sərhəd-keçid imkanlarının buraxılış qabiliyyəti son altı ildə təxminən 5 dəfə artıb. Bu barədə...
Read more about Azərbaycanla Rusiya arasındakı sərhəd-keçid imkanları 5 dəfə artıb
Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır qida axsam
  • Maraqlı

Axşam yeməyində bu 5 qidaya üstünlük verin – Həzmi, yuxunu yaxşılaşdırır

User 23 Oktyabr 2026 - 20:15
Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı kocaryan
  • Dünya

Robert Koçaryanın həbs müddəti daha 2 ay uzadıldı

User 23 Oktyabr 2026 - 20:07
Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı? google podkast
  • Maraqlı

Google telefon nömrənizi bütün hesablarınıza bağlaya bilər – bunu necə dayandırmalı?

User 23 Oktyabr 2026 - 20:05
Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı pendirler
  • Maraqlı

Pendirin ürəyə faydası nədir? – Alimlər maraqlı nəticə açıqladı

User 23 Oktyabr 2026 - 19:55
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.