Seçkiləri 56 beynəlxalq təşkilatdan və 55 ölkədən gələn nümayəndələr müşahidə edəcək

01 Fevral 2020 - 17:25

Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar 842 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib”.

Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında bildirib. Onun sözlərinə görə, beynəlxalq müşahidəçilər 56 beynəlxalq təşkilat və 55 ölkəni təmsil edir. (APA)

Qeyd edək ki, Milli Məclisə növbədənkənar seçkilər fevralın 9-da keçiriləcək.