Rusiya və Ukrayna arasında dialoqun şərti BMT Nizamnaməsinə riayət etməkdir.
Azpost.info xəbər verir ki, bunu Seneqal prezidenti Maki Sall Afrika nümayəndə heyətinin Rusiya lideri Vladimir Putinlə görüşündə bildirib.
“Əminəm ki, bu təşkilatın yaradıcısı və eyni zamanda BMT Təhlükəsizlik Şurasının daimi üzvü olan Rusiya da bu nizamnaməyə əməl edir”, – Sall deyib.
O, həmçinin dialoq şərtlərinin saxlanmasının vacibliyini qeyd edib və Afrikanın Ukraynada sülh istədiyini bildirib.
Azpost.info