“Sentyabrda seçki günü təxribatlar hazırlanır…” –

Rusiya kəşfiyyat Xidmətinin direktoru
01 Avqust 2021 - 18:42
“Rusiyada seçkilər zamanı xaricdən təxribatlar hazırlanır”.
Azpost.info bildirir ki, bu sözləri Rusiya xarici kəşfiyyat Xidmətinin direktoru Sergey Narışkin “Solovyov live” yutub-kanalına müsahibəsində bildirib.
Söhbət bu ilin sentyabrında Dövlət Dumasına keçiriləcək parlament və 2024-cü ildəki prezident seçkilərindən gedir. Narışkinin sözlərinə görə, kəşfiyyat artıq bu barədə məlumatlara malikdir və hansı nöqtələrə zərbə hazırlandığını müəyyən edib.
Dumaya seçkilər 17-19 sentyabrda keçiriləcək.