İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ-a məxsus qanadlı raketin ölkənin qərbində yerləşən Xürrəmabad şəhəri yaxınlığında vurulduğunu bildirib.
Tasnim xəbər verir ki, SEPAH-ın açıqlamasına görə, raket bazar günü səhər saatlarında ABŞ-ın İrana qarşı yeni hücumları zamanı İranın vahid hava hücumundan müdafiə şəbəkəsinə daxil olan müasir sistem vasitəsilə məhv edilib. Bildirilib ki, raketin qalıqları Xürrəmabadın kənarındakı Dərə Nəsb ərazisinə düşüb.