İranın Azərbaycanla sərhəddə keçirdiyi hərbi təlimlər davam edir.
Azpost.info Mehr Agentliyinə istinadən bildirir ki, təlimlər SEPAH-ın quru qoşunları tərəfindən Araz çayı regionunda, Naxçıvanla sərhəddəki Şərqi Azərbaycan əyalətində keçirilir.
Təlimlərin ikinci günü təlim yerinə SEPAH-ın digər hisəsləri göndərilib. Bu gün təlim yerinə SEPAH-ın quru qoşunlarının komandanı, general Məhəmməd Pakpur gəlib.
SEPAH-ın şimal qərb sərhədindəki regional bazasında isə “Aşura” adlı böyük miqayaslı təlim keçirlir.
“Qonşu ölkələr üçün təlimin mesajı sülh və dostluq, təhlükəsizliyi möhkəmləndirməkdir”-deyə Pakpur bildirib. O, istənilən təhlükəyə qarşı qəti reaksiya veriləcəyini deyib.