İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ölkədə qeyri-sabitliyin davam edəcəyi təqdirdə qətiyyətli tədbirlər görəcəyini və vəziyyətə müdaxilə edəcəyini bəyan edib.
APA-nın ISNA-ya istinadən verdiyi xəbərə görə, bu barədə təşkilatın mətbuat xidmətinin yaydığı rəsmi bəyanatda bildirilir.
“Təhlükəsizliyə hər cür təhdidlərin və ölkədə sabitliyi pozan hərəkətlərin davam edəcəyi təqdirdə, buna həlledici cavab veriləcəkdir”, – deyə bəyanatda qeyd olunur.