SEPAH İsrailin konsulluğa hucumu zamanı 7 üzvünün öldüyünü təsdiqləyib

SEPAH 7 üzvünün İsrailin Suriyadakı İran konsulluğuna hücumda öldüyünü təsdiqləyib.

Bu barədə İran İslam İnqilabı Keşikçiləri Korpusunun Ümumi ictimaiyyətlə əlaqələr idarəsi bəyanat yayıb.

Bildirilib ki, Məhəmməd Rza Zahedi, Məhəmməd Hadi Hacı Rəhimi və digər 5 SEPAH üzvü İsrailin İran İslam Respublikasının Dəməşqdəki konsulluğuna raket hücumu nəticəsində ölüb.

SEPAH-ın Suriya və Livandakı Baş Qərargah rəisi, briqada generalı Hüseyn Əmirullah da İsrailin Dəməşqə endirdiyi hava hücumunda öldürülüb. Bu barədə “Sabereen News” bildirib.

“Al Hadath” telekanalının məlumatına görə, hadisə nəticəsində11 nəfər həlak olub.

Ölənlərdən yeddisi İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iranlı hərbi məsləhətçiləri, üçü Suriya, digəri isə Livan vətəndaşıdır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.