Separatçı Vitali Balasanyan vəzifəsindən azad edildi

Xankəndinin işğalçı rejimin başçısı Araik Arutunyan yanvarın 7-də Vitali Balasanyanı “Təhlükəsizlik Şurasının katibi” vəzifəsindən azad edib.

Azpost.info bildirir ki, onu Ararat Melkumyan əvəzləyib. Ararat Melkumyan bu təyinata qədər qondarma “Milli Təhlükəsizlik Xidməti” rəisinin birinci müavini idi.

Vitali Balasanyan 2020-ci il dekabrın 2-dən qondarma “Təhlükəsizlik Şurasının katibi” postunu tuturdu. O, 2016-cı il noyabrın 3-dən 2019-cu il iyunun 11-dək də eyni vəzifədə xidmət edib.

1959-cu ildə Əsgəranda doğulan Vitali Balasanyan Azərbaycan torpaqlarının qanlı işğalının, soyqırımı cinayətlərinin ən fəal iştirakçılarındandır.

 

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim keçir

Sonrakı məqalə

50 ölkənin müdafiə nazirləri Ukrayna üçün bir araya gələcək