“Separatçılara yalan siqnallar göndərməyin!”- Çin Yaponiyanı Tayvanla əlaqələri kəsməyə çağırdı

“Çin hökuməti Yaponiyanı iki ölkə arasındakı siyasi razılaşmalarına əməl etməyə, Tayvan adası ilə rəsmi əlaqələri dayandırmağa çağırır”.

Azpost.info xəbər verir ki, bunu Çin Xarici İşlər Nazirliyinin sözçüsü Van Venbin deyib.

“Çin Yaponiya tərəfini Tayvan adası ilə rəsmi əlaqələri dayandırmağa və Tayvanın “müstəqilliyini” müdafiə edən separatçı qüvvələrə yalan siqnallar göndərməyi dayandırmağa çağırır”, – XİN rəsmisi bildirib.

O, həmçinin vurğulayıb ki, Tayvanın separatçı qüvvələrinin xaricdə dəstək axtarmaq cəhdi uğursuzluğa məhkumdur.

Azpost.info

Əvvəlki məqalə

“Tərtər işi” ilə bağlı ittiham olunan generalın həbs müddəti uzadılıb

Sonrakı məqalə

2023-cü il Azərbaycanın sığorta sektoru üçün yeni imkanlar və rekordlar ili olacaq –