“Serbiya heç vaxt NATO-ya üzv olmayacaq”- Baş nazirin müavini

“Serbiya hərbi neytrallığını qoruyacaq və anti-Rusiya isteriyasına qoşulmayacaq”.

Azpost.info xəbər verir ki, bunu Serbiya Baş nazirinin müavini Aleksandr Vulin deyib.

“Aleksandr Vuçiçin rəhbərlik etdiyi Serbiya heç vaxt NATO-ya üzv olmayacaq. Eyni zamanda Rusiyaya qarşı heç vaxt sanksiyalar tətbiq etməyəcək və onun ərazisindən heç bir anti-Rusiya əməliyyatının aparılmasına imkan verməyəcək. Biz Rusiyaya hörmət edirik və onu qiymətləndiririk. Rusiya Federasiyasını təcrid etməyə çalışmağın nə qədər mənasız olduğu görünür, bu mümkün deyil. Serbiya heç vaxt belə siyasətdə iştirak etməyəcək”, – o bildirib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.