Serbiya Ordusu Kosovo ilə sərhədi keçməyib –Serb əhalisi barrikada qurmağa başlayıb

Serbiya ordusu hələ ki, Kosovo və Metoxiya ilə sərhədi keçməyib.

APA-nın xəbərinə görə, bu barədə Serbiya Müdafiə Nazirliyi məlumat yayıb. Nazirlik yerli və regional KİV-ləri saxta xəbər yaymamağa çağırıb.

Bildirilib ki, müxtəlif profillərdən Metoxiyadakı vəziyyətlə bağlı yalan xəbərlər kütləvi şəkildə tirajlanır.

Qeyd edək ki, bir müddət əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç də regionda vəziyyətin gərgin olduğunu bildirmişdi.

Kosovo və Metoxiyanın serb əhalisi barrikada qurmağa başlayıb.

Bu barədə Serbiyanın RTS kanalı məlumat yayıb.

Televiziya xəbər verir ki, serb əhali ölkənin şimalında barrikadalar qurur. Onlarla adam Priştina-Raşka yolunu bağlayıb. Serb xüsusi təyantlıları isə əhali kütləvi toplaşdıqdan sonra ətraf kəndlərə çəkilib.

Mitrovitsa ərazisində həyəcan siqnalı eşidilib. Şəhərə yaxın körpünün ətrafına iki yüzədək etnik alban toplaşıb.

Əvvəlki məqalə

Türkiyənin təhlükəsizlik qüvvələri 242 kiloqram kokain ələ keçirib

Sonrakı məqalə

11 qat NBA çempionu vəfat edib