Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə gəlib.
Azpost.info bildirir ki, Lavrov Antalya Diplomatik Forumunda iştirak edəcək.
Bundan əlavə, o, türkiyəli həmkarı Hakan Fidanla ayrıca görüşü olacaq. Tərəflər beynəlxalq gündəliyi müzakirə edəcəklər. Lavrov və Fidan Rusiya ilə Türkiyə arasında gələcək əməkdaşlığın vəziyyətini və perspektivlərini qiymətləndirəcək, ticarət, enerji, təhlükəsizlik və turizm sahələrini təhlil edəcəklər.
Lavrov həmçinin Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Özbəkistanın xarici işlər naziri Bəxtiyor Saidov, Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev, eləcə də Esvatini Kralı III Msvati ilə görüşəcək.