Sergey Lavrov Ukrayna Prezidentini Rusiyaya gəlməyə dəvət edib

 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini Moskvaya gəlməyə dəvət edib.

Rusiya XİN-in rəhbəri radiostansiyalara müsahibəsində bildirib.

“Əgər Ukrayna lideri RF ilə ikitərəfli münasibətlərin normallaşmasını müzakirə etmək istəyirsə, biz hazırıq, qoy Moskvaya, yaxud Soçiyə, Peterburqa gəlsin”, -deyə Lavrov qeyd edib.

Prezident Vladimir Putinin məsələ ilə bağlı fikirlərini diqqətə çatdıran nazir deyib ki, əgər Zelenski Donbası müzakirə etmək istəyirsə, onda “Normad formatı”nın qərarı ilə Kiyev və Donetsk, Kiyev və Luqansk arasında bütün məsələlərin nizamlanmasına baxmalı olan təmas qrupuna üz tutsunlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

Bakı metrosunun 3 stansiya rəisi vəzifəsindən azad edilib

Sonrakı məqalə