Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb

20 May 2021 - 01:27

İslandiyanın paytaxtı Reykiyavik şəhərində Rusiya xarici işlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova “Facebook” sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.

Qeyd edək ki, Lavrov və Blinken Rusiya-ABŞ ikitərəfli münasibətləri, prezidentlər Putin və Baydenin görüşünü, eləcə də Yaxın Şərqdə baş verən prosesləri, Fələstin-İsrail münaqişəsini müzakirə edəcəklər.