“Britaniya və Azərbaycan arasında güclü əlaqələr mövcuddur” –Britaniyalı nazir

“Britaniya və Azərbaycan arasında güclü əlaqələr mövcuddur”.

Bunu Britaniyanın Beynəlxalq Ticarət Departamentinin İxracat üzrə naziri və Dövlət Katibinin Parlamentdəki nümayəndəsi Qraham Stuart Azərbaycana səfərindən öncə deyib.

Qraham Stuartın sözlərinə görə, uzun illərdir ki, Birləşmiş Krallıq ilə Azərbaycan ticarət və enerji sahəsində əməkdaşlıq edir: “Xalqlarımız arasında güclü əlaqələr mövcuddur və hazırda ölkəmizin müstəqil ticarət tərəfdaşı olması bizi daha güclü edəcək”.

“Prezident İlham Əliyevlə görüşməyi və Azərbaycanın bərpa olunan enerjiyə keçid prosesinə göstərdiyimiz dəstək üçün qeyri-neft və qaz sahələrindəki əlaqələrimizi gücləndirməyə kömək edəcək Birləşmiş Krallıq hökuməti və Azərbaycan Respublikasının hökuməti arasında fəaliyyət göstərən Birgə Hökumətlərarası Komissiyasının iclasında iştirak etməyi səbirsizliklə gözləyirəm”,- deyə nazir bildirib.(APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Rus generalları mənə Şuşanı ermənilərdən təmizləyəcəklərinə söz vermişdilər” –

Sonrakı məqalə

Sergey Lavrovla ABŞ Dövlət katibi Entoni Blinken arasında görüş başlayıb