Sevilin intiharı ilə bağlı cinayət işi başlandı –Baş Prokurorluq

Bakıda 20 yaşlı Sevil Atakişiyevanın intihar etməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Axşam.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, S.Atakişiyevanın fevralın 21-də saat 20 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən yeni inşa edilən binanın 20-ci mərtəbəsindən özünü ataraq intihar etməsi faktı üzrə toplanan materiallar əsasında Xətai Rayon Prokurorluğunda Cinayət Məclləsinin 125-ci (özünü intihar həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə intensiv istintaq əməliyyat tədbirləri həyata keçirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“”Media haqqında” qanun layihəsi üzərində iş yekunlaşmaq üzrədir” –

Sonrakı məqalə

Azərbaycanda son sutkada 72 nəfər koronavirusa yoluxub –