Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Dünya

Seyran Ohanyanın oğlu Lələtəpədə döyüşdən qaçıb-

User 14 May 2025 - 11:53 (Last updated: 21 May 2025 - 20:40)
ohanyan

Ermənistanda 44 günlük müharibə ilə bağlı daha bir cinayət işi məhkəməyə göndərilib.

AzPost bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğundan bildirilib.

Qeyd edilib ki, N saylı hərbi hissənin komandiri polkovnik Artur Ohanyan 6-7 oktyabr 2020-ci il tarixlərində xidməti vəzifələrinin icrasına vicdansız münasibət göstərib, onları düzgün yerinə yetirməyib və bu, ehtiyatsızlıqdan ağır nəticələrə səbəb olub.

Artur Ohanyan Lələtəpə istiqamətində əks-hücum zamanı səhlənkarlıqda, hərbi qanunların tələblərini pozmaqda təqsirli bilinir.

İstintaq Komitəsində aparılmış cinayət işləri çərçivəsində müəyyən edilib ki, N-ci hərbi hissənin komandiri polkovnik A.O. 2020-ci il oktyabrın 6-dan 7-dək olan müddətdə xidməti vəzifələrini lazımınca yerinə yetirməyib, bu ağır nəticələrə səbəb olub.

O cümlədən, 6 oktyabr 2020-ci il tarixdə Müdafiə Ordusu Komandanının Lələtəpə istiqamətində hücuma keçmək və qırılmış müdafiə xəttini bərpa etmək barədə əmri alan A.O. həmin gün hazırlıq işləri zamanı və 7 oktyabr 2020-ci il tarixdə əks-hücum zamanı hərbi xidmətin tənzimlənməsi üzrə qanuni tələblərə əməl etməyib.

Həmçinin müəyyən edilib ki, bölmənin qoşunlarının tərkibində 2020-ci il oktyabrın 7-də əks-hücum əməliyyatında iştirak etmiş həmin hərbi hissənin tabor komandiri, polkovnik-leytenant Q.A.-nın bölməsi ilə birlikdə digər istiqamətlərlə yanaşı, Lələtəpə  istiqamətində hücuma keçməyə və döyüş əməliyyatlarında iştirakdan imtina edib.

Eyni hərbi hissənin başqa bir batalyon komandiri, polkovnik-leytenant G. M. da Artur Ohanyanla birlikdə ittiham olunur.

Onlar cinayət məcəlləsinin müxtəlif maddələr üzrə ittiham edilirlər.

Qeyd olunub ki, polkovnik Artur Ohanyan sabiq müdafiə naziri, deputat Seyran Ohanyanın oğludur.

AzPost.az

Post navigation

Previous: Tramp və Suriya lideri Əhməd əl-Şaaranın görüşü başlayıb
Next: Düzgün şifrə seçmək qaydaları –

Oxşar xəbərlər

putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10

xƏBƏR

White,Sugar,In,Wood,Spoon,On,Wood,Table
  • Sosial

Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi

User 18 Noyabr 2026 - 18:50
Ağ şəkəri orqanizmə düşən yükü və diabet riskini azaltmağa kömək edən daha faydalı məhsullarla əvəz etmək mümkündür....
Read more about Ağ şəkəri nə ilə əvəz etmək olar? – Həkim şərhi
Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir putin herbi
  • Dünya

Putin Ukrayna ilə müharibəni qışın sonunadək davam etdirmək istəyir

User 18 Noyabr 2026 - 18:38
Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul tezyiq
  • Sosial

Dərmansız qan təzyiqini necə aşağı salmaq olar? – 4 təbii üsul

User 18 Noyabr 2026 - 18:28
“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN pasinyan parlament
  • Dünya

“Azərbaycanla sülh qurmalıyıq, biz Avstraliyada yaşamırıq” – PAŞİNYAN

User 18 Noyabr 2026 - 18:18
İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi mekke-sazisi
  • Dünya

İran Məkkə Paktına qoşulma ilə bağlı qərar verdi

User 18 Noyabr 2026 - 18:10
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.