Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Ağ Evdə ABŞ vitse-prezidentinin xüsusi müşavirləri ilə görüşüb

User 13 Oktyabr 2025 - 12:13 (Last updated: 13 Oktyabr 2025 - 12:13)
seyx abs

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətinin ABŞ-a səfəri davam edir.

QMİ-nin mətbuat xidmətindən bildirilib ki, nümayəndə heyətinin səfər çərçivəsində Vaşinqtonda, Ağ Evdə ABŞ vitse-prezidenti ofisinin Milli təhlükəsizlik məsələləri üzrə xüsusi müşaviri Endryu Lumis, Vitse-Prezident Aparatının strateji məsələlər üzrə xüsusi müşaviri Maykl İmbrenda və Dövlət Departamentinin Siyasət Planlaşdırma Şöbəsinin üzvü Conatan Askonas ilə görüşü olub.

Görüşdə tərəfləri maraqlandıran məsələlər, o cümlədən avqustun 8-də ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyevin və Ermənistanın Baş naziri Nikol Paşinyanın tərəfindən paraflanan sülh sazişindən sonra Cənubi Qafqaz regionu üçün yaranmış yeni fürsətlər, ölkəmizin nümunəvi məzhəblərarası və dinlərarası təcrübəsinin beynəlxalq miqyasdakı önəmi, Azərbaycan-ABŞ dinlərarası əməkdaşlıq münasibətlərinin inkişafı və davamlı sülhün qurulmasında multikultural dəyərlərin rolu kimi mövzular müzakirə olunub.

Şeyxülislam A.Paşazadə Prezident Donald Tramp tərəfindən “Azadlığa Dəstək Aktı”nın Azərbaycanla bağlı 907-ci düzəlişinin icrasının dayandırılmasını yüksək qiymətləndirərək, buna görə ABŞ tərəfinə öz minnətdarlığını bildirib. O, Ağ Ev nümayəndələrini Dövlət Departamentində ABŞ Beynəlxalq Din Azadlığı Komissiyasının üzvləri ilə keçirdiyi görüş haqqında məlumatlandırıb, qarşı tərəfi Azərbaycanı din azadlığının vəziyyətinə görə Xüsusi Müşahidə Siyahısından çıxarmağa çağırıb. Qeyd edib ki, belə bir siyahıda Azərbaycanın adının yer alması ölkədə hökm sürən multikultural mühitə və dinlərarası harmoniyaya uyğun deyil.

ABŞ nümayəndələrinin diqqətinə çatdırılıb ki, son vaxtlar erməni kilsəsi və diasporu sülh prosesinə mane olur, revanşizmi təşviq edir. Halbuki onlar bu fürsətdən istifadə edib sülhə dəstək vermək üçün dini və ictimai qurumlar siyasətçiləri dəstəkləməlidirlər. Azərbaycan isə bəzi erməni dairələrindən, xüsusilə erməni kilsəsindən fərqli olaraq, məhz bu cür yanaşma nümayiş etdirir.

Tərəflər xüsusilə mürəkkəb geosiyasi bölgədə yerləşən Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması üçün xalqlar və dinlər arasında qarşılıqlı etimad və əməkdaşlığın vacibliyini vurğulayıblar. ABŞ tərəfi bu kontekstdə şeyxülislam Allahşükür Paşazadənin səfərinin xüsusi əhəmiyyət daşıdığını qeyd edib. Şeyxülislam bildirib ki, rəhbərlik etdiyi Qafqaz Müsəlmanları İdarəsi sülhün və birgəyaşayışın təşviqi istiqamətində səylərini davam etdirəcək, həmçinin ABŞ-ın dini qurumları ilə birgə layihələrin həyata keçirilməsinə hazırdır.

Görüşdə iştirak edən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov və Milli Məclisin deputatı Cavanşir Paşazadə ölkəmizdə mövcud olan multikultural mühitdən və dövlət-din münasibətlərinin inkişafında parlamentin rolundan danışıblar.

AzPost.az

Post navigation

Previous: Rusiyada müxalif siyasətçi Vladimir Kara-Murza axtarışa verilib
Next: Xankəndi, Ağdərə və Xocalıda nə qədər əhali yaşayır?

Oxşar xəbərlər

muselman
  • Din

2035-ci ildə dünyada müsəlmanların sayı xristianları ötəcək – Yeni proqnoz

User 19 Noyabr 2026 - 13:29
media sura
  • Din

Din xadimlərinə dövlət qulluğunda yeni qadağa qoyulub?- Rəsmi açıqlama

User 17 Noyabr 2026 - 13:50
qmi
  • Din

Göy məsciddə bu tədbirin keçirilməsi vandalizmdir – QMİ

User 11 Noyabr 2026 - 19:09

xƏBƏR

S400
  • Dünya

Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı

User 20 Noyabr 2026 - 23:10
Rusiya Türkiyənin S-400 zenit-raket komplekslərini üçüncü ölkəyə satmaq ehtimalı ilə bağlı Ankara ilə dialoqun sakit və qarşılıqlı...
Read more about Türkiyə Rusiyanın S-400-lərini kimə satıb? – Moskva Ankara ilə danışıqları açıqladı
Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur futbol siya
  • İdman

Futbol tarixinin ən yaxşı 50 oyunçusu seçildi – Messi siyahıda yoxdur

User 20 Noyabr 2026 - 22:48
İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı olum vefat
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər qeyri-adi aktivlik qeydə aldı

User 20 Noyabr 2026 - 20:00
Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma Pəhriz
  • Maraqlı

Qarın piyləri qadınlarda diabet riskini 7 dəfə artırır –araşdırma

User 20 Noyabr 2026 - 19:45
ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır Avropa
  • Dünya

ABŞ Avropada terror xəbərdarlığı yayıb – Milad yarmarkaları risk altındadır

User 20 Noyabr 2026 - 19:33
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.