Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Allahşükür Paşazadə Bəhreyn Kralı ilə görüşüb –

User 20 Fevral 2025 - 16:59 (Last updated: 21 May 2025 - 20:15)
seyx kral behreyn

Bəhreyn Kralı Həməd bin İsa Əl Xəlifənin himayədarlığı ilə fevralın 19-da Bəhreyn krallığının paytaxtı Manamada “Bir ümmət, bir tale” şüarı altında İslamdaxili Dialoq Konfransı öz işinə başlayıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Mətbuat Xidmətindən bildirilib ki, Əzhər Əl-Şərif, Bəhreynin İslam Məsələləri üzrə Ali Şurası və Müsəlman Ağsaqqalları Şurasının birgə təşkilatçılığı ilə keçirilən konfransda İslam dünyasının tanınmış sünni və şiə məzhəblərinin üləmaları, mərceyi-təqlidləri, alim və mütəfəkkirləri və İslam dininin görkəmli xadimləri iştirak edirlər.

QMİ sədri, Müsəlman Ağsaqqalları Şurasının üzvü şeyxülislam Allahşükür Paşazadə Bəhreyn Kralı Əlahəzrət Həməd bin İsa Əl Xəlifə ilə konfrans şərəfinə qəbul mərasimində görüşüb. O, görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və xoş arzularını Krala çatdırıb.

Bəhreyn Konfransının açılış mərasimində Malayziyanın Baş naziri Ənvər İbrahim, Qazaxıstan Parlamenti Senatının sədri Maulen Aşimbayev, İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Hüseyn Brahim Taha, Əl-Əzhəri Şərifin Şeyxi, Böyük İmam Əhməd ət-Tayyib, Bəhreynin İslam Məsələləri üzrə Ali Şurasının sədri Əbdül Rəhman bin Məhəmməd bin Rəşid əl-Xəlifə, Müsəlman Ağsaqqallar Şurasının Baş katibi Məhəmməd Əbdülsəlam, İslam Əməkdaşlıq Təşkilatının sabiq Baş katibi Ekmələddin İhsanoğlu, müsəlman dünyasının bir sıra görkəmli din, dövlət və ictimai xadimləri çıxış ediblər.

Müsəlman dünyası və bütövlükdə bəşəriyyətin gələcəyi naminə qarşılıqlı anlaşma mühitində dialoq məramı ilə keçirilən konfransda məruzə ilə çıxış edən şeyxülislam A.Paşazadə islamdaxili həmrəyliyin təmin olunması naminə İslam-İslam dialoqu, məzhəblərarası anlaşma istiqamətində vəsətiyyənin tətbiqi, müqəddəs dinimizin mötədil dəyərlərinə istinad yönündə birgə səylərini yüksək dəyərləndirib.

QMİ sədri Azərbaycanda İslamdaxili dialoqun uğurla qurulduğunu və real müsbət nəticələr verdiyini qürurla vurğulayıb, ölkəmizin məzhəblərarası anlaşma sahəsində örnək təcrübəsi barədə Bəhreyn forumunun iştirakçılarına məlumat verərək deyib: “Vətənim Azərbaycan tarixən müxtəlif məzhəblərin mövcud olduğu ölkədir. Bu gün müstəqil Azərbaycanın timsalında məzhəblərarası anlaşma və qardaşlığın nadir nümunəsi yaşanmaqdadır. Dünyada analoqu olmayan haldır ki, dini mərkəzin fətvasına əsasən vahid təqvim üzrə Azərbaycan məscidlərində azanlar bir vaxtda verilir, məscidlərdə eyni vaxtda birgə namaz qılınır, eyni imama iqtida edilir. Şiələr və sünnilər dini bayram və mərasimlərdə, Məhərrəmlik dönəmində, Aşura təziyələrində bərabər iştirak edir, mübarək Qurban bayramını və Ramazan ayını vahid təqvim üzrə eyni günlərdə keçirirlər. İslam müqəddəslərinin, səhabələrin təhqir edilməsini dövlətimiz nifrət nitqi olaraq qanunla qadağan edib. Bu müdrik dövlətçilik siyasəti xalqımızın Ulu Öndəri Heydər Əliyevin irsidir və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyev islami həmrəylik ideyalarının dünya miqyasında fəal müdafiəçisi və beynəlxalq müstəvidə islamofobiya əleyhinə daim qətiyyətlə çıxış edən siyasi liderdir”.

Şeyxülislam Allahşükür Paşazadə tədbir çərçivəsində Əl-Əzhəri Şərifin Şeyxi, Böyük İmam Əhməd ət-Tayyib, İslam Əməkdaşlıq Təşkilatının Baş Katibi Hüseyn Brahim Taha, Bəhreynin İslam Məsələləri üzrə Ali Şurasının sədri Əbdül Rəhman bin Məhəmməd bin Rəşid əl-Xəlifə və digər şəxslər ilə görüşlər keçirib.

Konfrans işini davam etdirir.

 

Post navigation

Previous: Ukraynada MSK seçki məntəqələrini yoxlamağa başlayıb
Next: Avropanın üç nəhəng klubu Arda Gülərlə maraqlanır

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Antarktidada yerləşən Tueyts buzlağının (“Qiyamət günü buzlağı”) altına okeanın isti suları bir neçə kilometr məsafədə nüfuz edir...
Read more about Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.