Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Avropa Parlamentində hansı mesajları verdi?

User 16 Mart 2025 - 23:10 (Last updated: 21 May 2025 - 20:15)
seyx avropa ittifaqi

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə ölkəmizin nümayəndə heyəti  Belçika Krallığında səfərdə olub.

Bu ölkədə Kral Filipin himayəsi ilə Belçika və Avropada 2025 İslam Dünyası İli çərçivəsində keçirilmiş tədbirin təşkilatçılarından biri QMİ olub. Digər təşkilatçılar isə Avropa İnkişaf və Araşdırmalar Akademiyasl (EDARA), İSESKO, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi idi.

Avropa və İslam dünyası arasında əlaqələrin dərinləşməsinə xidmət edən bu toplantı çərçivəsində bir sıra tədbirlər keçirilib. Belə ki, martın 6-da Avropa Parlamentində Yüksək Səviyyəli Dəyirmi Masa, martın 7-də “Multikulturalizm modelləri – Münasibətlərin qurulması və sülh şəraitində birgəyaşayış modelləri haqqında düşüncələr” mövzusunda Avropa Konfransı  və BMT-nin Brüsseldəki Qadınlar Ofisində görüşlər keçirilib.

Bundan savayı Belçika Kralı adından Ramazan ayına təsadüf edən Brüssel tədbirləri qonaqlarının şərəfinə Böyük İftar Yeməyi təşkil olunub.

Avropa Parlamentində keçirilmiş Yüksək Səviyyəli Dəyirmi Masada Milli Məclisin deputatları və Azərbaycandakı dini konfessiyaların rəhbərləri, həmçinin Avropa İttifaqı Parlamentinin üzvü, Asiya ölkələri ilə qrupun rəhbəri, Belçikanın Səhiyyə Naziri Volter Beke ilə görüş, habelə Belçika rəsmisinin, EDARA sədri Brahim Laytuss, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov iştirak edib. Şeyxülislam A. Paşazadə tədbirdə çıxış edib.

Səfər bir sıra məqamları ilə əlamətdar olub.

Diqqətçəkən detal odur ki, Belçika “Avropada İslam İli” çərçivəsində ilk mötəbər tədbirə məhz Azərbaycanı dəvət edib. Mədəni və dini harmoniyanın, tolerantlığın hakim olduğu bir ölkəyə bu diqqət onun multikultural irsinə, birgəyaşayış təcrübəsinə verilən dəyər sayıla bilər.

Prezident İlham Əliyev tərəfindən bu istiqamətdə yürüdülən siyasətin əsas prioritetini multikulturalizm, həmrəylik və mədəniyyətlərarası dialoq təşkil edir. Bu sırada artıq uzun illik təcrübəyə malik “Bakı prosesi” xüsusi yer tutur.

Azərbaycanın multikultural tarixi onun həyat tərzi kimi çıxış edib. Dinlərarası dostluq və əməkdaşlığın modeli  bütün dünya üçün örnək ola bilər. Azərbaycanda müxtəlif dini mənsubiyyətə malik insanlar özlərini cəmiyyətimizin ayrılmaz tərkib hissəsi sayır. Etnik və dini müxtəliflik ölkəmizin milli sərvətidir.  Səmavi dinlər, “Quran” insan həmrəyliyinə çağırır, və sülhü təbliğ edir. Belə əməkdaşlıq isə müxtəlif mədəniyyətlərin birgəyaşayışı üçün fundament kimi çıxış edir. Azərbaycan dövləti də məhz bu fundament üzərində bərqərar olub.

Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdən sonra Qərbin bir sıra dairələrində “məzlum erməni” havadarlığı və bu münaqişəni “xristian qurbanlar” kimi təqdim olunması cəhdləri göz önündədir. Ölkəmizə qarşı qarayaxma kampaniyalarını təşkil edənlər dövlətin tolerant ənənələrə malik cəmiyyətini gözardı edir, xristian həmrəyliyindən sui-istifadə edərək ikili standartlara yol verirlər. Burada erməni kilsəsinin revanşist rolu qərəzli ittihamlar üçün bir baza kimi çıxış edir. Tarixən Şərq ilə Qərb arasında körpü rolunu oynayan Azərbaycan dünyada nadir məkanlardandır ki, müxtəlif din və məzhəb ardıclıları arasında tarixən heç bir qarşıdurma baş verməyib.

Bu baxımdan konfransda Avropanın Azərbayacana yönəlik baxışlarında bu prinsipləri əsas məsələ kimi götürməsi mühümdür.

Azərbaycanın multikultural həyat modeli həmişə cəmiyyətin avanqardı kimi çıxış edib. Bunu möhkəmləndirən azərbaycançılıq ideoloji paltforma kimi tolerantlığın əsas qüvvəsi olub.

Ümummilli lider Heydər Əliyevin dövlət siyasəti kimi elan etdiyi Azərbaycançılıq və Prezident İlham Əliyevin  multikulturalizm platforması ölkəmizdə həyat tərzidir. Bu sırada Birinci vitse-prezidenti Mehriban Əliyevanın  humanitar missiyası sivilizasiyalararası dialoq işinə böyük töhfələr verir.

Bu siyasi ptaformanın qızğın təbliğatçısı olan Qafqaz Müsəlmanları İdarəsi dinlərarası dialoqun təşviqində mütəmadi olaraq öz töhfələrini verir.

Bu baxımdan Brüssel Konfransında təşkilatçı tərəf kimi xüsusi əhəmiyyət kəsb edir. Tədbir Roma Papası Fransisk və Əl-Əzhərin Böyük İmamı Əhməd ət-Tayyibin 2019-cu ildə imzaladıqları İnsan Qardaşlığına dair sənədin reallaşması üçün bir  mesaj sayıla bilər.

Azərbaycanın torpaqlarını işğaldan azad etdikdən sonra başladığı genişmiqyaslı quruculuq işləri sırasında son 30 ildə Ermənistan tərəfindən dağıdılmış dini ibadətgahların bərpası da var. Dövlətimiz dağıdılmış, təhqir olunmuş bütün məbədləri – müsəlman, xristian, yəhudi dini-mənəvi abidələrimizi bərpa edir, yenidən qurur.

Avropanın bəzi ölkələrində səslənən nifrət nitqləri də hamını narahat edən bir məsələyə çevrilib. Belçika konfransı bu baxımdan dini liderlərin birgə mövqeyinin Avropa İttifaqının divarları arasında səslənməsi üçün fürsət yaratdı.

2025-ci ilin Belçikada və Avropada İslam Dünyası İlinin elan olunması tarixi önəmli hadisə kimi sivilizasiyalararası dialoq prosesinə mühüm siyasi dəstəkdir. Bu, xristian-İslam qarşıdurması yaratmaq istəyən, nifrət çağırışları yayan islamofob qüvvələrə layiqli cavabdır.

Azərbaycan Avropa ilə əlaqələrinə böyük önəm verir. Bu baxımdan ölkmizin multikultural irsinin bəşəri mənafelər naminə Brüsseldə təqdimatını böyük əhəmiyyət kəsb edən prosesin uğurlu platforması saymaq olar.

Aydın ABBASOV

 

 

 

 

 

Post navigation

Previous: “Akkord” keçmiş sahibi 17 milyonluq dələduzluqda ittiham olunur
Next: Ən sürətlə inkişaf edən ÖLKƏLƏR

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.