Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam BMT-nin Anqoladakı “Sülh Alyansı” Sammitində çıxış edib

User 18 İyul 2026 - 13:20
seyx anqola

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Anqola Respublikasının paytaxtı Luandada BMT-nin Sivilizasiyalar Alyansının təşkil etdiyi yüksək səviyyəli “Sülh Alyansı” Sammitində iştirak edib. Tədbir “Sülhə çağırış, müharibələrə son qoyulması və beynəlxalq hüquqa hörmət” təşəbbüsü çərçivəsində keçirilib.

Azpost.info xəbər verir ki, sammit BMT Baş katibinin müavini, Sivilizasiyalar Alyansının Ali nümayəndəsi və islamofobiya ilə mübarizə üzrə xüsusi elçi Migel Anxel Moratinosun dəvəti ilə iyulun 16-17-də Anqola hökuməti ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.

Sammitin açılış mərasimində BMT rəsmisi Migel Anxel Moratinos, Konqo Demokratik Respublikasının Prezidenti Feliks Antuan Çisekedi, Anqola Prezidenti Joao Manuel Qonçalves Lorenço, Namibiyanın Baş naziri Tjitunqa Eliyah Nqurare, Afrika İttifaqı Komissiyasının Baş direktoru Fathallah Sijilmassi və digər yüksək vəzifəli şəxslər çıxış ediblər.

Tədbirdə diqqət çəkən məqamlardan biri Şeyxülislam Allahşükür Paşazadənin sammitdə iştirak edən yeganə dini lider olması olub. Bu fakt həm Anqola Prezidenti, həm də BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi tərəfindən xüsusi vurğulanıb.

Anqola Prezidenti ilə görüş

Sammit çərçivəsində Şeyxülislam Allahşükür Paşazadə Anqola Prezidenti Joao Manuel Qonçalves Lorenço ilə görüşüb. QMİ sədri Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını dövlət başçısına çatdırıb. Anqola Prezidenti də öz növbəsində səmimi salamlarının Prezident İlham Əliyevə çatdırılmasını xahiş edib.

Şeyxülislam həmçinin Konqo Demokratik Respublikasının Prezidenti, Namibiyanın Baş naziri, Anqolanın xarici işlər naziri Tete Antonio, BMT Sivilizasiyalar Alyansının Ali nümayəndəsi Migel Anxel Moratinos, İspaniyanın Gernika şəhərinin meri Xose Mariya Qorrono və digər rəsmi şəxslərlə görüşlər keçirib.

“Bir insanın öldürülməsi bütün bəşəriyyətə qarşı cinayətdir”

Sammitin tematik sessiyasında çıxış edən Allahşükür Paşazadə tədbir iştirakçılarına Azərbaycan xalqının və Prezident İlham Əliyevin salamlarını çatdıraraq BMT-nin “Sülh, müharibələrə son qoyulması və beynəlxalq hüquqa hörmət” təşəbbüsünü yüksək qiymətləndirib. O bildirib ki, müqəddəs kitablarda əks olunan əsas həqiqətlərdən biri insan həyatının toxunulmazlığıdır: “Uca Yaradanın yaratdığı bir insanı qətlə yetirmək bütün bəşəriyyəti məhv etmək qədər ağır cinayətdir.”

Şeyxülislam qeyd edib ki, Gernika, Srebrenitsa və digər faciələrin qurbanlarının xatirəsini yaşatmaq, belə hadisələrin bir daha təkrarlanmaması üçün beynəlxalq ictimaiyyət səylərini birləşdirməlidir.

Xocalı soyqırımı dünya tərəfindən tanınmalıdır

Çıxışı zamanı Allahşükür Paşazadə Xocalı soyqırımına da toxunaraq bildirib ki, Azərbaycan xalqı da kütləvi qətliam cinayətinin qurbanlarından biridir. O xatırladıb ki, 1992-ci il fevralın 26-da Xocalıda törədilmiş soyqırımı zamanı 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq və 70 yaşlı insan amansızlıqla qətlə yetirilib.

QMİ sədri vurğulayıb ki, dünya ictimaiyyəti bu faciəyə ədalətli hüquqi-siyasi qiymət verməlidir.

Allahşükür Paşazadə çıxışında Azərbaycanın sivilizasiyalararası dialoq və tolerantlıq sahəsindəki roluna da diqqət çəkib. O bildirib ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin dinc yanaşı yaşadığı nümunəvi ölkələrdən biridir və BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlığa böyük önəm verir.

QMİ sədri Prezident İlham Əliyevin Azərbaycan-Ermənistan münasibətlərində sülhün əldə olunması istiqamətində göstərdiyi səylərin beynəlxalq səviyyədə yüksək qiymətləndirildiyini qeyd edib və dövlət başçısının “Sülh və Barışıq üçün Gernika Mükafatı”na layiq görülməsini qürurverici hadisə adlandırıb.

Çıxışının sonunda Şeyxülislam vurğulayıb ki, hazırda dünyada davam edən müharibələr fonunda beynəlxalq hüquqa əsaslanan davamlı sülhün təmin olunması üçün bütün dövlətlər, dini liderlər və beynəlxalq təşkilatlar birgə fəaliyyət göstərməlidirlər.

O bildirib ki, Yaxın Şərqdə və Ukraynada münaqişələrin sülh yolu ilə həlli istiqamətində səylər artırılmalı, yeni Gernika, Srebrenitsa və Xocalı faciələrinin baş verməməsi üçün BMT-nin əlaqələndirici rolu daha da gücləndirilməlidir.

Qeyd edək ki, “Sülh Alyansı” Sammiti Afrika qitəsində ilk dəfə keçirilib. Forum BMT rəsmilərini, dövlət və hökumət nümayəndələrini, nüfuzlu dini liderləri, alimləri, vətəndaş cəmiyyəti və media təmsilçilərini bir araya gətirərək qlobal sülh və sivilizasiyalararası dialoqun təşviqinə həsr olunub.

AzPost.az

Post navigation

Previous: Evdə kondisioner yoxdursa, istidən belə qorunun
Next: OLED televizor qızırsa narahat olmayın –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

tramp erdoqan gorus
  • Dünya

Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər

User 28 Oktyabr 2026 - 23:21
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ prezidenti Donald Trampla telefon danışığı aparıb. Bu barədə Türkiyə Prezident Administrasiyası...
Read more about Ərdoğan Trampla telefonla danışdı – Regional prosesləri müzakirə etdilər
İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib ilham aliyev
  • Siyasət

İlham Əliyev İspaniyada qatar qəzası ilə bağlı başsağlığı verib

User 28 Oktyabr 2026 - 22:44
Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin yuxu yat
  • Maraqlı

Yuxuya getməyi asanlaşdıran 5 qida – Yatmazdan əvvəl bunları yeyin

User 28 Oktyabr 2026 - 22:24
Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05
Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama xerson surasi
  • Dünya

Rusiya və Ukrayna minaları təmizləməyə başlayıb – Melani Trampdan açıqlama

User 28 Oktyabr 2026 - 21:16
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.