Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam ISESCO -nun Baş direktoru ilə görüşüb

User 19 Noyabr 2024 - 20:32 (Last updated: 21 May 2025 - 20:15)
seyx isiseko
 Noyabrın 19-da Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ISESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malik ilə görüşüb.
Qonağı səmimi salamlayan Şeyxülislam həzrətləri Salim bin Məhəmməd əl-Maliklə ölkəmizdə yenidən görməkdən məmnunluğunu ifadə edib, İSESCO-nun Baş direktoruna BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP-29) çərçivəsində 5-6 noyabr tarixlərində Bakıda keçirilən Dini Liderlərin Qlobal Sammiti barədə ətraflı məlumat verib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi ilə keçirilən Sammitin uğurlarından danışan QMİ sədri bildirib ki, tədbirin yekun sənədi kimi qəbul edilən Bakı Bəyannaməsi mühüm əhəmiyyətə malikdir.
Azərbaycanla ISESCO arasında faydalı əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayan Şeyxülislam Allahşükür Paşazadə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə bu nüfuzlu beynəlxalq qurumun həyata keçirdiyi birgə layihələrin qədim tarixə və ənənəyə söykənən mədəni irsimizin qorunması, inkişafı, eləcə də İslam dünyasında təbliğinə mühüm töhfələr verdiyini bildirib.
Səmimi qarşılanmaya görə, minnətdarlığını ifadə edən ISESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycana səfəri, COP-29 çərçivəsində keçirdiyi görüşlər barədə məlumat verib. Baş direktor bildirib ki, Azərbaycanın ev sahibliyi etdiyi  COP-29 tədbirləri yüksək səviyyədə təşkil olunub, bu sahədə ölkəmiz mühüm uğur əldə edib və böyük təcrübə qazanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə COP-29 çərçivəsində keçirilən görüşü barədə danışan qonaq ölkəmizlə rəhbərlik etdiyi beynəlxalq təşkilatın gələcək əməkdaşlığının davamlı inkişafı ilə bağlı səmərəli müzakirə aparıldığını xüsusi qeyd edib. Baş direktor onu da bildirib ki, bu yaxınlarda Heydər Əliyev Fondunun birinci vitse-prezidenti Leyla xanım Əliyeva ilə ISESCO-nun Mərakeşdəki qərargahındakı görüşdə də birgə fəaliyyətin perspektivləri müzakirə olunub.
Şeyxülislam A.Paşazadə ISESCO Baş direktoruna gələcək işlərində uğurlar arzulayıb. Görüşdə QMİ ilə ISESCO arasında əməkdaşlığın davamlı olması üçün atılacaq addımlar müzakirə olunub, fikir mübadiləsi aparılıb.

Post navigation

Previous: “Tərtər işi”nə görə bəraət almış hərbçinin ailəsinə 50 min təzminat verilib
Next: “Biz Bakıda uğur qazanmalıyıq” –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.