Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam Səudiyyə Ərəbistanına səfərə gedib

User 10 May 2022 - 12:54 (Last updated: 21 May 2025 - 20:15)
seyxulislam

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə mayın 10-da Səudiyyə Ərəbistanına səfər edəcək.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, Məkkəyə səfərdən əvvəl şeyxülislam A.Paşazadə Ulu Öndərin anadan olmasının 99-cu ildönümündə Fəxri xiyabanı ziyarət edərək Heydər Əliyevin məzarı başında onun əziz xatirəsini yad edib, ruhuna dualar oxuyub.

Daha sonra Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini yad edərək məzarı başında ruhunu xatirəsini anıb.

Məkkə və Mədinədə Ümrə ziyarəti həyata keçirəcək şeyxülislam A.Paşazadə şəhidlərimizi yad edəcək, Allahdan onlara rəhmət diləyəcək, ruhları üçün dualar edəcək.

Səudiyyə Ərəbistanına səfər çərçivəsində şeyxülislam A. Paşazadə İslam Aləmi Liqasının – Rabitə təşkilatının mayın 11-də Krallığın paytaxtı Ər-Riyadda “Dinlərin davamçılarının ortaq dəyərləri” mövzusunda keçirəcəyi beynəlxalq konfransda iştirak edəcək. Tədbirdə sülhə, dinlərarası və sivilizasiyalararası dialoqun müasir problemləri, müxtəlif dinlərin sülh və harmoniyaya böyük töhfələr verə biləcək ortaq dəyərləri müzakirə olunacaq. İslam Aləmi Liqasının Baş katibi Əbdülkərim Əl-İsanın dəvət məktubunda bu sahədə “töhfələr verəcək şəxslərin öncüllərindən” kimi dəyərləndirdiyi QMİ sədri şeyxülislam A. Paşazadə konfransda məruzə ilə çıxış edəcək.

Səudiyyə Ərəbistanın Kralı, İki Müqəddəs Ocağın Xadimi Əlahəzrət Salman bin Əbdüləziz Al Səud və Vəliəhd – Məhəmməd bin Salmanın beynəlxalq konfrans iştirakçıları ilə görüşü nəzərdə tutulur.

Post navigation

Previous: “Şuşada konsulluğun açılması ilə bağlı danışıqlar aparır” –
Next: Sabaha olan hava proqnozu

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

buzlaqlar
  • Maraqlı

Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz

User 03 Noyabr 2026 - 17:40
Antarktidada yerləşən Tueyts buzlağının (“Qiyamət günü buzlağı”) altına okeanın isti suları bir neçə kilometr məsafədə nüfuz edir...
Read more about Antarktidada “Qiyamət günü buzlağı” sürətlə əriyir – Alimlərdən yeni proqnoz
Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı Peskov
  • Dünya

Əbu-Dabidə Ukrayna danışıqlarında Avropaya yer olmayacaq – Peskov səbəbi açıqladı

User 03 Noyabr 2026 - 17:21
Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib dtx
  • Baş Yazı

Beynəlxalq axtarışda olan Murad Fetiyev həbs edilib

User 03 Noyabr 2026 - 17:06
İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır kederli
  • Sosial

İnsanlar niyə əvvəlki kimi xoşbəxt deyil? – Alimlər 5 əsas səbəbi açıqlayır

User 03 Noyabr 2026 - 16:46
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE sebuhi
  • Siyasət

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edilib – SƏRƏNCAM / DOSYE

User 03 Noyabr 2026 - 16:26
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.