Şeyxülislam və din xadimləri Şuşada camaat namazı qılıb –FOTOLAR

Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadə və ölkədəki dini konfessiya rəhbərlərinin Şuşa şəhərinə səfəri davam edir.

Səfər iştirakçıları Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər.

Məsciddə Quran oxunub, camaat namazı qılınıb, dualar oxunub.

Türkiyənin Azərbaycandakı səfirliyinin dini müşaviri Zəki Yavuz Yılmaz da Yuxarı Gövhər Ağa məscidində “Yasin tapşırma” duası oxuyub, şəhidləri yad edib.

Qeyd edək ki, səfərdə QMİ sədri, Şeyxülislam Allahşükür Paşazadə, idarənin Qazılar Şurasının üzvləri, Azərbaycandakı Dağ yəhudiləri icmasının rəhbəri Milix Yevdayev, Bakıdakı Avropa yəhudiləri icmasının rəhbəri Aleksandr Şarovski, Roma-Katolik Kilsəsinin Azərbaycandakı ordinarisi Vladimir Fekete, Alban udi dini icmasının rəhbəri Robert Mobili, Pravoslav kilsəsinin nümayəndələri və Milli Məclisin deputatları iştirak edirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“BAZAR QİRAƏTİ”-

Sonrakı məqalə

“II Qaregin görüş üçün bizə müraciət edib” –