Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Din

Şeyxülislam və dini icma rəhbərləri Şəhidlər xiyabanını ziyarət edib

User 27 Sentyabr 2023 - 21:25 (Last updated: 21 May 2025 - 20:15)
seyx sehid

Sentyabrın 27-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadənin rəhbərliyi ilə müsəlman din xadimləri və Azərbaycanda fəaliyyət göstərən pravoslav, katolik, yəhudi dini konfessiyalarının rəhbərləri Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə əlaqədar Zəfər Parkında olub, İkinci Fəxri xiyabanı ziyarət ediblər.

QMİ-nin mətbuat xidmətindən bildiriblər ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində həlak olmuş Silahlı Qüvvələrimizin şəhid zabit və əsgərlərinin xatirəsi dini konfessiya rəhbərləri tərəfindən ehtiramla yad edilib. Onların şərəfinə “Qurani-Kərim” tilavət edilib, ruhlarına dualar oxunub, məzarları önünə gül dəstələri düzülüb.

Anım tədbirində çıxış edən şeyxülislam Allahşükür Paşazadə, Dağ yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayev, Roma Katolik kilsəsinin Azərbaycandakı Apostol Prefekturasının mətbuat katibi Tural Ağayev, Bakı və Azərbaycan Yeparxiyasının katibi Aleksiy Nikonorov və Avropa yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski şəhidlərimizin qəhrəmanlıqlarından, Zəfərimizin qazanılması uğrunda mübarizədə şücaətlərindən və Vətənə məhəbbət örnəyindən danışıb, xatirələrini ehtiramla yad edib, ruhları üçün dualar oxuyublar.

Sentyabrın 27-də Anım Günü ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin tapşırığına əsasən, ölkə ərazisində fəaliyyət göstərən bütün məscidlərdə Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin bərpası yolunda misilsiz qəhrəmanlıq nümayiş etdirən şəhidlər anılıb, şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib, namazlar qılınıb, ruhlarına “Qurani-Kərim”dən ayələr tilavət edilib, dualar oxunub. Dindarlar həmin hadisələrdə yaralanan əsgər və zabitlərimizin tezliklə şəfa tapmaları üçün dualar ediblər. Moizələrdə Vətən sevgisi, şəhidlik və onun məqamı barədə geniş məlumat verilib. Gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasının vacibliyi qeyd edilib.

Vətən şəhidləri Azərbaycanın paytaxtında və bölgələrdəki məscidlərdə, həmçinin kilsə və sinaqoqlarda ehtiramla anılırlar.

Post navigation

Previous: Türkiyə və Ermənistan XİN başçıları telefonla danışıb
Next: “Aralıq dənizi sivilizasiya və həyat beşiyidir” –

Oxşar xəbərlər

SEYX
  • Din

Gələn il Azərbaycanda Dini Liderlərin Zirvə Görüşü keçiriləcək

User 28 Oktyabr 2026 - 13:04
seyx tdt02
  • Din

“Dindarlar dövlətimizin yanındadırlar” – Şeyxülislam

User 28 Oktyabr 2026 - 12:50
dakar esas foto
  • Din

Azərbaycanın İƏT-ə üzvlüyünün pərdəarxası – 1991-ci ildə Dakarda nə baş verdi?

User 24 Oktyabr 2026 - 18:23

xƏBƏR

urek mualice
  • Maraqlı

Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun

User 30 Oktyabr 2026 - 23:51
Ürək-damar xəstəlikləri heç də həmişə sinədə kəskin ağrı və ya səhhətin qəfil pisləşməsi ilə müşayiət olunmur. Bəzən...
Read more about Ürək xəstəliyinin 8 gizli əlaməti – Pilləkən çıxarkən tez yorulursunuzsa, diqqətli olun
İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq? abs ordu teyyare
  • Dünya

İsrailə 10-dan çox ABŞ hərbi təyyarəsi endi – İranla yeni müharibəyə hazırlıq?

User 30 Oktyabr 2026 - 23:41
Qətərin qaz ixracı 80 faiz azalıb qaz tebii
  • Dünya

Qətərin qaz ixracı 80 faiz azalıb

User 30 Oktyabr 2026 - 23:37
Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi kosmetika qoc
  • Maraqlı

Üzdə qırışların yaranmasını ləngidən meyvə – Kosmetoloq şərhi

User 30 Oktyabr 2026 - 21:11
G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi g20 lavrov
  • Dünya

G20-də nazirlər Lavrovla şəkil çəkdirmək istəmədilər – Birgə foto ləğv edildi

User 30 Oktyabr 2026 - 21:01
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.