Türkiyə Ordusu İraqın şimalında PKK terror təşkilatına qarşı əməliyyatları davam etdirir.
Türkiyə Milli Müdafiə Nazirliyi bu gün “Pençe-Kilit” əməliyyat bölgəsində atışma zamanı çavuş Harun Yıldırım və Savaş Borlunun şəhid olduğu, 4 hərbçinin yaralandığı barədə məlumat yayıb.
Yaralı əsgərlər xəstəxanaya yerləşdirilib.