Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Azərbaycana səfər edəcək –

ƏRDOĞAN AÇIQLADI
15 Noyabr 2020 - 18:04

“Şimali Kipr Prezidenti Ersin Tatarın Azərbaycanın zəfəri ilə bağlı qardaş ölkəyə bir səfəri olacaq”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının quruluşunun 37-ci ildönümü ilə bağlı çıxışında bildirib.

Türkiyə Prezidenti E.Tatarın bu səfərinin Azərbaycana dəstək məqsədli olacağını deyib. R.T.Ərdoğan deyib ki, Türkiyə necə Azərbaycanla güclü bir gələcək qurmağa başlayıb, Kipr Türkləri ilə də bərabər belə birlik fəaliyyətində olacaq.