Şimali Kipr Türk Cumhuriyyətinin Prezidenti Azərbaycana səfər edəcək –ƏRDOĞAN AÇIQLADI

“Şimali Kipr Prezidenti Ersin Tatarın Azərbaycanın zəfəri ilə bağlı qardaş ölkəyə bir səfəri olacaq”.

Bunu bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şimali Kipr Türk Respublikasının quruluşunun 37-ci ildönümü ilə bağlı çıxışında bildirib.

Türkiyə Prezidenti E.Tatarın bu səfərinin Azərbaycana dəstək məqsədli olacağını deyib. R.T.Ərdoğan deyib ki, Türkiyə necə Azərbaycanla güclü bir gələcək qurmağa başlayıb, Kipr Türkləri ilə də bərabər belə birlik fəaliyyətində olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Azərbaycanda daha 2259 nəfər COVID-19-a yoluxub –

Sonrakı məqalə

Ceyhun Bayramov və Sergey Lavrov telefonla danışdı, atəşkəsin icrası müzakirə olundu –