Şimali Koreya (KXDR) Donetsk və Luqansk “Xalq Respublikalarının” müstəqilliyini tanıyıb.
Azpost.info xəbər verir ki, bu barədə KXDR-in Moskvadakı səfirliyindən bildirilib.
“Bu gün səhər KXDR səfirliyində Donetsk Xalq Respublikasının səfiri Olqa Makeyeva ilə görüş olub, ona DXR-in müstəqilliyini tanıdığımız barədə nota verilib”, – diplomatik departament əlavə edib.
Pxenyanda da KXDR xarici işlər nazirinin müavini Rusiya səfiri ilə görüşüb və “DXR” və “LXR”-in müstəqilliyini tanıyan nota təqdim edib.
Azpost.info
