Şimali Koreya Ukraynaya cavab verib

“Ukraynanın keçmişdə ABŞ-ın qanunsuz, ədalətsiz və düşmən siyasətini dəstəklədikdən sonra bizim legitim addımlarımızla bağlı nə etiraz etməyə, nə də mübahisə etməyə haqqı çatır”.

TASS xəbər verir ki, bunu Şimali Koreyanın Xarici İşlər Nazirliyi qondarma “DXR” və “LXR” tanımasına görə Ukrayna tərəfinin etirazlarına cavab olaraq bildirib.

Xatırladaq ki, Şimali Koreya XİN başçısı Tsoy Son Hi qondarma “LXR” və “DXR”-a onların tanınması barədə məktub göndərib. Buna cavab olaraq, rəsmi Kiyev rəsmi Pxenyanla diplomatik münasibətləri kəsib.

Əvvəlki məqalə

Xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulu başlanır –

Sonrakı məqalə

Prezident Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib