“Simpsonlar” filmində 13 il əvvəl verilmiş daha bir məşum proqnoz tapılıb

“Simpsonlar” cizgi filmində Texasla bağlı məşum bir proqnoz tapılıb.

Azpost.info bildirir ki, Amerika tamaşaçıları cizgi filmində “müstəqil Texas Respublikası”ndan bəhs edən “epizoda diqqət yetiriblər.
2011-ci ildə yayımlanan 23-cü mövsümün “Gələcəyin bayramları” adlı doqquzuncu bölümündə hadisələr futuristik gələcəkdə baş verir. Epizodda elə məqam var ki, qəhrəman teleportdan istifadə edərək evə tək gedir, lakin hamiləliyinə görə ona terminaldan buraxılmır.
Onun qarşısında duran iki nəfər teleportdan istifadə edir. Onlardan birinin təyinat yeri qarşısında “müstəqil Texas Respublikası” yazılıb.

Sosial şəbəkəsinin istifadəçiləri qeyd ediblər ki, bu, serialın növbəti proqnozudur.

Əvvələr də  “Simpsonlar” cizgi filmində dəfələrlə verilmiş proqnozları kəşf ediblər.

2000-ci ildə epizodların birində Donald Trampın ABŞ prezidenti olacağına dair proqnozlar olub. 1993-cü ildə müəlliflər epizodlardan birinə Asiyadan bağlamalarla gətirilmiş virus epidemiyasınıdan danışılər. 30 ildən sonra koronavirus pandemiyasının proqnozu kimi qəbul olundu.

Simpsonlar da ötən ilin iyununda faciə ilə başa çatan Titanik dalğıc ekskursiyasını xatırladan bir epizod təqdim ediblər.

Prezident Co Baydenin rəhbərlik etdiyi administrasiya sərhəd təhlükəsizliyi tədbirləri ilə bağlı Texas hakimiyyəti ilə toqquşub. Texas səlahiyyətliləri sərhədin lazımi qaydada qorunmadığını, rekord sayda qeyri-qanuni immiqrantın ABŞ-a daxil olmasına icazə verildini  təkid edir.

ABŞ administrasiyası yerli hakimiyyət orqanlarının gördüyü tədbirləri konstitusiyaya zidd adlandırır.

Ali Məhkəmə daha əvvəl Texas qubernatoru Qreq Abbottdan miqrant axınının qarşısını almaq üçün qoyulmuş maneəni aradan qaldırmağı tələb edən qərar çıxarmışdı. Abbottun maneələri aradan qaldırmaq üçün federal əməkdaşların sərhədin bu hissəsinə girməsinə icazə vermə müddəti cümə günü başa çatıb. ABŞ-ın daha 25 ştatının rəhbərliyi Baydeni qeyri-qanuni miqrasiya ilə mübarizə aparmaq istəməməkdə ittiham edib.

Abbott özü açıq şəkildə bəyan edib ki, o, federal hökumətlə potensial münaqişəyə hazırdır.

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.