Şirvan kanalında reyd keçirildi –Brakonyerlərin qurduğu yüzlərlə tor söküldü (FOTO)

Martın 20-də Ekologiya və Təbii sərvətlər Nazirliyi (ETSN) və Respublika Balıqçılar İttifaqı tərəfindən Baş Şirvan kanalının Ələt-Astara magistralı ilə kəsişdiyi nöqtədən Şirvan şəhəri istiqamətində 20 km kanal boyunca qanunsuz balıq ovuna qarşı növbəti reyd keçirilib.

Reyd zamanı kanal boyunca quraşdırılan qanunsuz sintetik torlar, balıqların ovlanması üçün istifadə olunan müxtəlif növ ləvazimatlar texnikanın köməyi ilə sudan çıxarılaraq məhv edilib. ETSN əməkdaşları tərəfindən qanunsuz yolla balıq ovlayan şəxslər barəsində inzibati protokollar yazılıb, cərimə olunublar.

Reyd zamanı Baş Şirvan Kanalında brakonyerlərin istifadə etdiyi 2 ədəd taxta qayıq aşkar olunub. Eyni zamanda, balıq ovu üçün istifadə olunan ventil və tor alətlərinin quraşdırılması məqsədilə 50 yerdə suyun axınının qarşısının dəmir tros vasitəsi quraşdırılan sualtı çəpərlər müəyyən edilib. Dəmir troslar kəsilib və onların üzərində olan vasitələr texnikanın köməyi ilə sudan çıxarılıb. Kanal sahilində bir brokonyer evi dağıdılıb. Qanunsuz balıq ovu üçün istifadə olunan ov alətləri -ventil və sintetik torlar yandırılaraq məhv edilib. 

Reyd zamanı dəmir trosların kəsilməsinə etiraz edən brokonyer barəsində protokol tərtib edilib. Həmin şəxsdən götürülən 3 kiloqramlıq kürülü çəki balığı diri olduğundan yenidən suya buraxılıb.

Balıqçılar İttifaqının rəhbəri Əfqan Əliyev APA-ya açıqlamasında qeyd edib ki, yaz qabağı balıqların populyasiyası və  kürütökməyə hazırlaşdığı dövrdə qiymətli balıq növlərini brokonyerlik yolu ilə və kobud kustar üsulla hazırlanmış ləvazimatlar, sintetik torlar vasitəsi ilə tutulması qadağandır. Bu ətraf mühitə o cümlədən su hövzələrinin faunasına vurulan böyük ziyandır. Kürüləmə dövründə balıqların bu yolla ovlanması həm də onların nəslinin kəsilməsinə şərait yaradır. Bu eyni zamanda ölkə təbiətinə və iqtisadiyyatına vurulan ziyandır. Kürüləmə dövründə balıqlar Xəzər dənizindən kütləvi şəkildə axar şirin sulara daxil olur bu zaman balıqlar kütləvi şəkildə kanalda brokonyerlər tərəfindən müxtəlif vasitələrlə tutulur. Ona görə də su hövzələrində balıqların artıb çoxalması ləngiyir, balıqların yenidən Xəzər dənizinə qayıtmasını məhdudlaşdırır. Bu da ölkə sularında balıq ehtiyatlarının tükənməsinə gətirib çıxarır.

Reydlərin mütəmadi keçirilməsi davam etdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İlham Əliyevin Şuşadan müraciətinə İrandakı soydaşlardan görünməmiş dəstək –

Sonrakı məqalə

Moskvada Leyla Əliyevanın təşəbbüsü ilə xeyriyyə aksiyası keçirilib –