Şirvanda ağır qəza –

Yas mərasiminə gedən 4 nəfər öldü (FOTO)
27 Dekabr 2019 - 11:07

Şirvanda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Şirvanın girişində qeydə alınıb. “Hyundai” markalı, 90 OT 031 dövlət nömrə nişanlı avtomobil şəhərin girişindəki beton lövhəyə çırpılıb.

Qəza nəticəsində 4 nəfər ölüb. Ölənlərin 3-ü qadın, 1-i kişidir. Tərtər sakini olan həmin şəxslər Şirvana yas mərasiminə gediblərmiş. (APA)