Prezident İlham Əliyev təyyarə qəzası ilə bağlı başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə bu ölkədə baş verən təyyarə qəzası ilə bağlı başsağlığı verib. 

Başsağlığında deyilir:

“Hörmətli cənab Prezident,

Almatı şəhəri yaxınlığında təyyarə qəzası nəticəsində insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, şəxsən öz adımdan və Azərbaycan xalqı adından başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Qazaxıstan Generallar Şurasının sədri də təyyarə qəzasında həlak olub

Sonrakı məqalə

Şirvanda ağır qəza –