Şirvanşahların tikdiyi Səngəçal karvansarayı dağılır –

700 yaşlı abidə niyə baxımsızdır?  (FOTOLAR)  
25 Oktyabr 2019 - 15:31

Səngəçalda yerləşən qədim karvansaray bərbad gündədir.

Azpost.info bildirir ki, bu barədə tanınmış jurnalist Həmid Həmidov sosial şəbəkədə yazıb və qədim tiklinin fotolarını paylaşıb.

“Bu Səngəçal karvansarayıdır. Bu şəkilləri Mədəniyyət Nazirliyinə göstərin. Öz tarixinə və mədəniyyətinə belə yanaşmaq olmaz”-deyə jurnalist qeyd edib.

H.Həmidov yazıb ki, abidəyə belə yanaşma yolverilməzdir: “Bina bərpa olunmalıdır. Muzey kimi istifadə oluna bilər. Belə qədim abidə ilə fəxr etmək lazımdır, zibilxanay çevirmək yox!”

Azpost.info bildirir ki, Səngəçal karvansarayı orta əsrlər dövrünə aiddir. Karvansaray  Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşir. Bakıdan 45 km cənubda yerləşən karvansara Bakı-Salyan yolu üzərində qərarlaşır. XIX əsrdə karvan yollarının əhəmiyyətini itirməsi ilə karvansara fəaliyyətini dayandırıb.

Səngəçal karvansarasında qonaq və xidmətçilər üçün otaqlar, həmçinin yardımcı təsərrüfat tikililərinə sahibdir. Tikili dördbucaqlı formada inşa edilib. İki mərtəbəlidir. Binanın pəncərələri, dekor elementləri, tikili quruluşu onu bir istehkama bənzədir. Binanın tikintisində mişar daşından inşa edilib. Binanın fasadında olan kitabədə karvansaranın şirvanşah 1-ci Xəlilullahın göstərişi ilə 1439-40-cı illərdə inşa edilməsi qeyd olunub.

Mədəniyyət Nazirliyinin məsələyə biganə qalmayacağını ümid edirik.