“Siyasətdə qalacam, çünki əks halda ölkə Venesuela və ya Sovet İttifaqına çevriləcək”.
Azpost.info xəbər verir ki, bunu ABŞ-ın keçmiş prezidenti Donald Tramp deyib.
“Biz bu istiqamətdə irəliləyirik. Ya da hər şeyin itirildiyi və heç bir ümidin olmadığı Kubaya çevriləcəyik. İndi dövlət üçün ən böyük təhlükə daxildən gəlir”, – Tramp bildirib.
Eks-prezident ABŞ-ın əsas problemlərini sadalayıb: cinayətin artması, miqrant axını, təhsildəki korrupsiya, bürokratiya, yüksək inflyasiya: “İndiki korrupsioner dövlət aparatı geri qayıdıb xalqın xeyrinə işləməməyim üçün hər şeyi etməyə çalışır. Mən ölkəmizi xilas etməliyəm. Bunu edə bilərəm, çünki ölkəmi və xalqımı sevirəm”.
Azpost.info
