Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Siyasətdə qalmağım təhlükə yaradırdı” –

User 05 Mart 2025 - 12:01 (Last updated: 21 May 2025 - 20:15)
Etibar Məmmədov

“Siyasətdə qalmağım təhlükə yaradırdı”.

AzPost ildirir ki, bu sözləri Modern.az-a müsahibəsində AMİP lideri Etibar Məmmədov 20 il əvvəl siyasətdən nə üçün getməsini şərh edərkən deyib.

Onun iddiasına görə, siyasətdə olmasından istifadə etmək istəyən insanlar olub: “Mənim siyasətdə olmağımın ziyanı olacaqsa, milli mənafe xətrinə çəkilməyim daha yaxşıdır. Siyasətdə qalmağım ümumilikdə təhlükə yaradırdı, bundan istifadə etmək istəyən insanlar idi. Bundansa siyasətdə olmamağım daha yaxşı idi. Çünki həmin dövrdə həvəsi olanlar, sinəsinə döyənlər çox idi ki, nəsə nəticə əldə edəcəklər. Meydan onlara verilib ki, nəticə əldə etsinlər”.

E.Məmmədov deyib ki, 35 il əvvəl görmək istədiyi Azərbaycanın çox hissəsi reallaşıb. AMİP lideri bildirib ki, Azərbaycanda milli-azadlıq Hərəkatı başlayanda əsas problemlərimdən biri hansı istiqamətlərdə gedəcəyimiz, hansı mərhələlərlə addımlayacağımız idi: “Mənim fikrim ondan ibarət idi ki, biz azadlıqdan demokratiyaya getməliyik, yəni əvvəlcə milli azadlığımızı təmin edib sonra demokratik dövlət qurmaq istiqamətində fəaliyyət göstərməliydik. Bəziləri də var idi ki, deyirdi ki, SSR-nin dağılması hələ mümkün deyil. Azərbaycan Xalq Cəbhəsinin təsis konfransında mənim tələblərimdən biri ondan ibarət idi ki, Xalq Cəbhəsinin proqramına Azərbaycanın müstəqilliyi uğrunda hərəkat əsas vəzifə kimi daxil olsun. Əksəriyyət SSR-nin dağılması haqqında heç düşünə də bilmirdi. Tarix göstərdi ki, biz əvvəl müstəqil olduq, demokratik cəmiyyət uğrunda hərəkat isə hələ ki  istədiyimiz nəticələri verməyib”.

E.Məmmədov jurnalistin “eyni əqidədə olduğunuz  Əbülfəz Elçibəy və İsa Qəmbərlə bu səbəbdən ayrıldınz?” sualına cavabı maraqlı olub: “Bəli. 1991-ci ilin avqustunda Xalq Cəbhəsinin birinci qurultayı ərəfəsində mən yenə də təkliflə çıxış etdim ki, qurultayda dəyişiklik lazımdır. Biz müstəqil dövlətin yaradılmasını proqram kimi bu qurultayda qəbul etməliyik. Onlar yenə də bunun əleyhinə çıxdılar və mən elan etdim ki, Xalq Cəbhəsindən ayrılıram. İki ay sonra, oktyabrda müstəqillik reallaşdı, onların iddialarının səhv olduğu isə faktiki olaraq təsdiqləndi. İki ay əvvəl öz qurultaylarında müstəqilliyi proqram kimi qəbul etmədilər. Ancaq mənim fikrim o idi ki, vaxtında qəbul olunsaydı və sonradan demokratikləşməyə biz mərhələ-mərhələ keçsəydik, bu daha yaxşı nəticələr verə bilərdi. Sonra isə onların hakimiyyəti demokratik prinsiplərlə idarə edəcəyi vəd olunsa da, vədlərini həyata keçirməyə hazır olmadıqları göründü”.
AMİP liderinin fikrincə, ölkədə siyasi fəaliyyət də, partiyalar da olmalıdır: “Partiyalar cəmiyyətin bir hissəsidir və onların olmasının cəmiyyətə, dövlətə xeyri var. Dövlətin inkişafı və idarə olunmasında ayrı-ayrı qüvvələrin iştirakı vacibdir. Rəqabət inkişaf yaradır”.

E.Məmmədov deyib ki, hazırda təqaüddədir: “Bununla bağlı hansısa problemim yoxdur. Nəvələrlə də məşğul oluram. Çox istəyərdim ki, təcrübə və imkanlarımdan faydalansınlar, ancaq istəmirlərsə özləri bilər”.

Post navigation

Previous: Yaşa görə sosial müavinət alanların sayı açıqlanıb
Next: “Ukraynanın taleyi necə olacaq? – Tramp dünyanı niyə dağıdır?” –

Oxşar xəbərlər

ceyhun ukr
  • Siyasət

“Hindistan XİN rəhbəri ilə açıq müzakirə apardıq” – Ceyhun Bayramov

User 23 Oktyabr 2026 - 13:38
ilham hind nazir
  • Siyasət

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib

User 23 Oktyabr 2026 - 11:26
ilham erdoqan02
  • Siyasət

Ərdoğan İlham Əliyevə niyə zəng etdi? – Bakı-Ankara münasibətlərində nə dəyişəcək?

User 22 Oktyabr 2026 - 15:44

xƏBƏR

kicik biznes
  • Sosial

Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi

User 25 Oktyabr 2026 - 16:40
Süni intellekt artıq yalnız böyük texnologiya şirkətlərinin istifadə etdiyi vasitə deyil. Kiçik mağazalar, onlayn satışla məşğul olanlar,...
Read more about Süni intellekt kiçik biznesin işini necə dəyişir? – Vaxta qənaət edən 5 tətbiq sahəsi
Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir? market
  • Baş Yazı

Azərbaycanda maaşlar artır, bəs alıcılıq qabiliyyəti necədir?

User 25 Oktyabr 2026 - 16:20
Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc kredit borc
  • Sosial

Ailələr niyə ayın sonuna pulu zorla çatdırır? – Büdcəni sıxan 5 xərc

User 25 Oktyabr 2026 - 16:00
Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb puti cin tramp
  • Dünya

Putin, Si Cinpin və Trampın üçtərəfli görüşünə hazırlıq başlayıb

User 25 Oktyabr 2026 - 15:06
Yadplanetlilər həqiqətən varmı? uno yad planet
  • Maraqlı

Yadplanetlilər həqiqətən varmı?

User 25 Oktyabr 2026 - 15:00
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.